Koreya bankı Pirşağıdakı sutəmizləyici qurğunun tikintisini maliyyələşdirəcək

 

Azərbaycan hökuməti ilə Koreya İxrac-İdxal Bankı arasında “Pirşağı çirkab sutəmizləyici qurğusu”nun tikintisinə dair kredit sazişi imzalanmışdır. Sazişi Azərbaycan hökuməti adından “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Koreya tərəfdən isə bankın icraçı direktoru Yim Seonq Hyueoq imzalamışdır.

İmzalanma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Koreya hökumətinin və şirkətlərinin Azərbaycanda həyata keçirilən investisiya layihələrində iştirakını yüksək qiymətləndirərək həmin layihələrin uğurla icra olunduğunu bildirmişdir. Cəmiyyət sədri ötən il icrasına başlanılmış  və Koreya hökuməti ilə birgə maliyyələşdirilən Kürdəxanı qəsəbəsinin su təchizatının yenidən qurulması layihəsi üzrə işlərin artıq 70 faizindən çoxunun yerinə yetirildiyini də qonaqların diqqətinə çatdırmışdır.

 

Koreya İxrac-İdxal Bankının icraçı direktoru Yim Seonq Hyueoq Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu qeyd edərək təmsil etdiyi bankın ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinə bundan sonra da dəstək verməyə hazır olduğunu bildirmişdir.

Xatırladaq ki, “Pirşağı çirkab sutəmizləyici qurğusu”nun tikintisinə dair Azərbaycan hökuməti ilə Koreya İxrac-İdxal Bankı arasında imzalanmış kredit sazişinə əsasən, Pirşağı qəsəbəsində məhsuldarlığı 40 min kubmetr olacaq müasir tipli yeraltı çirkab sutəmizləyci qurğunun tikintisi üçün 43,5 milyon dollar kredit ayrılacaq.  Bu vəsait ilk 10 ili güzəştli olmaqla 40 il müddətinə, illik 0,2 faizlə veriləcək.

Yeri gəlmişkən, Pirşağı çirkab sutəmizləyici qurğusunun tikintisi  Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına mühüm töhfə verəcək. Yeni qurğu istismara verildikdən və ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal hissəsində böyük bir ərazidə yaranan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrində toplanan tullantı suları  bu qurğuda təmizlənərək zərərsizləşdiriləcək.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında