SOCAR-AQŞ iki yeni yataqda qazma işlərinə başlayır

 

 

 “Ümid’’ və “Qərbi Abşeron’’ yataqlarında qazma işlərinin  SOCAR-AQŞ  tərəfindən aparılması rəsmən təsdiqlənib. “Ümid’’ yatağında qazma işləri “SOCAR-ÜMİD’’ MMC-nin sifarişi əsasında aparılacaq.

Yaxın vaxtlarda müəssisəmiz  adıçəkilən yataqda  ZJ-70 tipli 1 qurğusu ilə qazma işlərinə başlayacaq. Hazırda “Ümid’’ yatağında 1 saylı DDSÖ-dən 14 saylı kəşfiyyat quyusunun qazılmasına hazırlıq  çərçivəsində özüldə texniki baxış, təmir və quraşdırma işləri həyata keçirilir.Bu kəşfiyyat quyusu “Ümid’’yatağının neft-qaz ehtiyatlarını öyrənmək məqsədilə qazılır. Ümumilikdə,“Umid’’ yatağında 1 saylı DDSÖ-dən orta dərinliyi 6700 metr olan 3 quyunun qazılması planlaşdırılır.

 Bundan başqa müəssisəmiz  “Qərbi Abşeron” yatağında 20 saylı DDSÖ-dən orta dərinliyi təxminən 1000 metr olan 10 quyunun qazılmasını həyata keçirəcək. ARDNŞ-in “Azneft” İstehsalat Birliyi tərəfindən sifariş edilən bu quyuların horizontal qazılması nəzərdə tutulur.

 Qeyd edək ki, müəssisə müasir tələblərə cavab vermək üçün hər iki yataqda Avropa, ABŞ və Yaponiya istehsalı olan texnika və texnologiyaların tətbiqinə üstünlük verəcək. SOCAR-AQŞ-nin bu günə qədər əldə etdiyi nailiyyətlər bizə deməyə əsas verir ki, müəssisəmiz bundan sonrakı fəaliyyətində də heç bir qəzaya və bədbəxt hadisəyə yol vermədən sifarişçilərin planlarına tam əməl edəcəkdir. Eyni zamanda Azərbaycanda və xaricdə yeni layihələrin icrasının  öhdəsindən bacarıqla gələcəkdir.

230 saylı quyuda qazma işləri uğurla başa çatdırıldı

 SOCAR-AQŞ DDSÖ  230 saylı quyunun tikinti işlərini heç bir  qəza hadisəsinə yol vermədən, ətraf mühiti çirkləndirmədən vaxtından əvvəl və yüksək keyfiyyətlə  başa vurub. Bu quyu “Günəşli’’ yatağının dayaz sulu hissəsində Fasilə Lay Dəstinə (FLD) qazılan quyular silsiləsindən biri olaraq layihə dərinliyi 3230 metr, faktiki dərinliyi isə 3235 metr təşkil edir. Quyuda qazma işlərinə cari ilin yanvar ayının 30-da başlanmışdır.

FLD-ə qazılan quyularda  işlərin  başa çatdırılması üçün  ən azı 90 gün vaxt müəyyən edilir. 230 saylı quyuda qazma işlərinin yekunlaşdırılması bu ilin may ayının 15-nə planlaşdırılsa da, əməliyyatlarında  mütərəqqi idarəetmə üsulları, yeni texnologiya, standartlar və yeni yanaşma tətbiq edən müəssisəmiz  sifarişçi tərəfindən təyin edilən müddəti xeyli qabaqlamışdır. Belə ki, quyuda qazma işləri aprel ayının 2-də uğurla başa çatdırılmış, quyuya istismar kəmərləri endirilmiş, sementlənmiş və kipliyi yoxlanılmış, sifarişçiyə təhvil verilmişdir.

 Müəssisəmiz fəaliyyətinin bütün mərhələlərində Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsinin (STTƏMM) təmin edilməsi və quyuların keyfiyyətlə qazılaraq sifarişçiyə təhvil verilməsinə böyük önəm verir. Sifarişçi ARDNŞ-in “Azneft” İstehsalat Birliyidir.

Sənubər NƏZƏROVA, SOCAR-AQŞ-in

ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında