“Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası”nın təqdimatı olmuşdur

 

 

Aprelin 11-də Auditorlar Palatasında auditor xidmətinin inkişaf konsepsiyasının təqdimatı keçirilmişdir.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının iştirak etdikləri təqdimat mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.2-ci bəndinə müvafiq olaraq Auditorlar Palatası tərəfindən “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası (2012-2020-ci illər)” işlənib hazırlandığı diqqətə çatdırılmışdır.

Məlumat verilmişdir ki, audit sahəsində qabaqcıl xarici təcrübə və beynəlxalq maliyyə qurumlarının tövsiyələri nəzərə alınmaqla hazırlanmış konsepsiyanın əsas məqsədi Azərbaycanda auditor xidmətinin gələcək inkişaf istiqamətlərinin müəyyən olunması, auditor xidməti bazarının inkişaf etdirilməsi, auditor peşəsinin cəmiyyətdə əhəmiyyətli rolunun tanınması, iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında auditdən daha geniş istifadə edilməsi və korrupsiyaya qarşı mübarizədə auditorların məsuliyyətinin artırılmasının təmin edilməsi, auditor xidməti istifadəçilərinin maraqlarının müdafiə olunması və bu sahədə tənzimləyici fəaliyyətin yaxşılaşdırılmasından ibarətdir.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirmişdir ki, müstəqilliyimizi qazandıqdan sonra biz iqtisad elminin real həyatla əlaqəsinin möhkəmləndirilməsinə nail olmuşuq. Z.Səmədzadə belə bir mötəbər tədbirin keçirilməsinin ən böyük əhəmiyyətinin bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı ilə əlaqədar olaraq dövlətimizin başçısının müəyyən etdiyi vəzifələrə  tam uyğun olduğunu qeyd etmiş, ölkəmizin dinamik inkişafından danışmışdır.

Tədbirdə Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov çıxış edərək vurğulamışdır ki, Azərbaycanda audit xidmətinin tarixi müstəqilliyimizlə həmyaşıddır. M.Rəhimov bu sahənin qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində görülən mühüm işlərdən, eləcə də konsepsiyanın əhəmiyyətindən danışmışdır.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov təqdimat məruzəsi ilə çıxış edərək “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası”nın əsas müddəalarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbir iştirakçıları Azərbaycanda auditor xidmətinin beynəlxalq meyarlara uyğun təşkili və tənzimlənməsində, ölkəmizdə maliyyə şəffaflığının təmin olunmasında və korrupsiyaya qarşı mübarizə sahəsində auditor xidmətinin inkişaf konsepsiyasının mühüm rol oynaya biləcəyini qeyd etmişlər. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında