Mərkəzi Bankın valyuta ehtiyatları 14,7 milyard dolları ötmüşdür

 

 

2014-cü ilin birinci rübünün yekunları üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları 14,715 milyard dollar təşkil etmişdir.

Bazar ertəsi AMB-dən Trend-ə verilən məlumata görə, illik hesabatda AMB-nin valyuta ehtiyatları 19,32 faiz və ya 2,38 milyard dollar artmışdır. Müqayisə üçün 2013-cü ilin birinci rübünün yekunlarına görə, AMB-nin sərəncamında 12,33 milyard dollar olmuşdur.

Ötən ilin ikinci rübündə AMB-nin valyuta ehtiyatları 387,8 milyon dollar artaraq 12,72 milyard səviyyəsinə çatmışdır. İkinci yarımillikdə valyuta ehtiyatlarının artım dinamikası saxlanılmışdır: Üçüncü rübün yekunları üzrə onların həcmi 13,26 milyard dollar olmuşdur.

Bir müddət əvvəl AMB sədrinin müavini Aftandil Babayev Trend-ə bildirmişdi ki, tənzimləyici 2014-cü ilin sonuna öz ehtiyatlarının həcmini 16 milyard dollara çatdırmağı planlaşdırır: “Hərçənd bizim məqsədimiz ehtiyatların artırılması deyil, onların sabitliyidir”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında