Nağdsız ödənişlər infrastrukturunun təkmilləşdirilməsi mühüm vəzifədir

 

 

Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov demişdir ki, nağdsız ödənişlərin təşviqi və həmçinin POS-terminalların quraşdırılması məsələsi öz aktuallığını saxlamaqdadır.  Hazırda qarşıda duran prioritet vəzifələrdən biri nağdsız ödənişlər üçün müvafiq infrastrukturun yaradılması, bu sahədə stimullaşdırıcı tədbirlərin keçirilməsi və əhalinin fəallığının artırılmasıdır.

Nağdsız ödənişlər infrastrukturunun təkmilləşdirilməsi məqsədilə bu sahədə ən qabaqcıl beynəlxalq təcrübə araşdırılaraq təhlil edilir, yeni nəsil ödəniş cihazlarının ölkəmizdə tətbiqi imkanları qiymətləndirilir. Nağdsız ödənişlərin stimullaşdırılması layihəsi çərçivəsində hesabat ilində Vergilər Nazirliyinin nümayəndələri, bank strukturları və Mərkəzi Bankın rəhbərliyi ilə görüşlər keçirilmiş, bir sıra banklar tərəfindən plastik kartla ödəniş zamanı müxtəlif stimullaşdırıcı kampaniyalar təşkil edilmişdir. N.Əmirov bildirmişdir ki, son vaxtlar vergi ödəyicilərinin və onların nümayəndələrinin nağdsız ödənişlərin əhəmiyyəti və əlverişliliyi haqda maarifləndirilməsinin təmin olunması  məqsədilə bir sıra tədbirlər keçirilmişdir. Bunun nəticəsində ölkənin regionlarında POS-terminalların tətbiqi sürətlənmiş və nəticədə əhali tərəfindən POS-terminallarla aparılan hesablaşmaların həcmi artmışdır. 2013-cü il ərzində Vergilər Nazirliyi tərəfindən 7048 ədəd POS-terminal qeydiyyata alınmışdır. Hazırda paytaxtda və regionlarda POS-terminalların tətbiqinin sürətləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. N. Əmirov daha sonra xatırlatmışdır ki, ötən ildən vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan partnyorluq sazişləri əsasında qurulmasına başlanılmışdır. Partnyorluq münasibətlərinin qurulması qabaqcıl dünya ölkələrinin vergi sistemində tətbiq edilən mütərəqqi inzibatçılıq metodu olmaqla, ilk növbədə, vergi qanunvericiliyinə əməletmə səviyyəsinin yüksəldilməsinə xidmət göstərir. Partnyorluq sazişinin bağlanması vergi ödəyiciləri üçün maksimum əlverişli mühitin formalaşdırılması, onların maraq və mənafeyinə xidmət edir. Bu da gələcəkdə vergi ödəyicisinin vergidən yayınma risklərini minimallaşdırmaqla onların əlavə maliyyə itkilərinin qarşısının alınması məqsədi daşıyır. Eyni zamanda, bu layihə vergi orqanları ilə vergi ödəyiciləri arasında yaranan mübahisələrin minimuma endirilməsi və inzibatçılıq xərclərinin aşağı salınmasına istiqamətlənmişdir. Hazırki dövrə vergi ödəyicilərindən vergi orqanlarına partnyorluq sazişinin bağlanılması ilə əlaqədar minə yaxın müraciət daxil olmuş, artıq onlardan 78 faizi ilə saziş imzalanmışdır. N. Əmirovun sözlərinə görə,  layihənin icrası hazırkı vəziyyətdə bütövlükdə Vergilər  Nazirliyini qane edir. Lakin bununla kifayətlənmək niyyətində deyilik və bu istiqamətdə reallaşdırılan  tədbirlər davam etdiriləcəkdir.

N. Əmirov sonda demişdir ki, vergi sistemində əldə olunmuş nailiyyətlərə əsaslanaraq yaxın gələcəkdə vergi qanunvericiliyinin daha da təkmilləşdirilməsi, vergi inzibatçılığının səmərəliliyinin artırılması, vergi nəzarətinin gücləndirilməsi və vergi hüquqpozmaları ilə mübarizə qarşımızda duran başlıca vəzifələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq ölkənin vergi xidmətinin qarşısında müasir inkişaf tələblərinə cavab verə biləcək vergi sisteminin formalaşdırılması, səmərəli vergi siyasətinin həyata keçirilməsi kimi mühüm vəzifələr durur. Konsepsiyaya əsasən, iqtisadi sistemin rəqabət qabiliyyətinin daha da artırılması məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi, vergi dərəcələrinin optimallaşdırılması təmin olunacaqdır ki, bunlar da sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına kömək edəcəkdir. Ölkə iqtisadiyyatının inkişaf strategiyasına uyğun olaraq optimal vergi yükünün təmin olunması, vergi sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin davam etdirilməsi ilə iqtisadi subyektlərin aktivliyinin artması və maliyyə imkanlarının genişlənməsi büdcə daxilolmalarının artımına da müsbət təsir göstərəcəkdir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında