“Şahdəniz” layihəsinin səhmdarlarının tərkibində dəyişikliklər prosesi başa çatır

Norveçin “Statoil” şirkətinin “Şahdəniz” layhəsi və Cənubi Qafqaz qaz kəmərində 10 faizlik iştirak payının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Böyük Britaniyanın bp şirkəti tərəfindən alınması üzrə sövdələşmə yaxın vaxtlarda başa çatacaq.

Trend-in məlumatına görə, bu barədə “Nefte Compass” bp-nin “Şahdəniz”in işlənməsi üzrə vitse-prezidenti Al Kuka istinadən xəbər verir.

A.Kuk ümid etdiyini bildirmişdir ki, hər iki sövdələşmə yaxın bir neçə həftə ərzində yekunlaşacaq.

Bəzi KİV-lərin “Total” şirkətinin (Fransa) “Şahdəniz” layihəsində iştirak payını qismən və ya tam satması və “Botaş” şirkətinin (Türkiyə) bu aktivləri əldə etmək istəyi barədə yaydığı xəbərlərə münasibət bildirən A.Kuk qeyd edib ki, bp “Total”ın layihədə iştirak payı barədə Fransa şirkəti ilə danışıqlar aparmır.

Qeyd edək ki, “Statoil”dan daha əvvəl verilən məlumata əsasən, Azərbaycanda şirkətin aktivlərinin alqı-satqısı üzrə sövdələşmə 1,45 milyard dollar təşkil edir.

“Statoil”un Azərbaycanda aktivlərinin bir qismini satması nəticəsində ARDNŞ və bp “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsində və Cənubi Qafqaz qaz kəmərində müvafiq olaraq 6,7 faiz və 3,3 faiz pay əldə etmişlər.

Qeyd edək ki, “Şahdəniz” tərəfdaşları (satınalma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: bp - operator (28,8 faiz), ARDNŞ (16,7%), “Statoil” (15,5 faiz), “Total” (10 faiz), Lukoyl (10 faiz), NIKO (10 faiz) və TPAO (9%).


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında