Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunmuşdur

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) “Almaniya-Azərbaycan Forumunun (DAF)” sədri Hens-Eberhard Şleyerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

AZPROMO-dan AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan və Almaniya iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılmışdır.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də təmsil etdiyi qurumun iş adamlarına göstərdiyi dəstək barədə məlumat vermişdir.

“Almaniya-Azərbaycan Forumunun (DAF)” sədri Hens-Eberhard Şleyer ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini qeyd etmiş, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyinə əminliyini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında