Azərbaycan müstəqillik illərində sürətli inkişaf yolu keçmişdir və bu sahədə uğurlarını davam etdirir

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və dünya maliyyə böhranından ən az əziyyət çəkən ölkələrdəndir.
Bu fikir ölkəmizdə səfərdə olan Litva Respublikası Milli Dirçəliş Partiyasının sədri, Litva Seyminin xarici əlaqələr komitəsinin və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Arunas Valinskasın başçılığı ilə Bakıda səfərdə olan nümayəndə heyətinin avqustun 16-da Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvləri ilə görüşündə səslənmişdir.
Komitənin sədri, akademik Ziyad Səmədzadə demişdir ki, ölkələrimiz çətin proseslərdən keçərək müstəqilliklərini bərpa etmişlər. Bu gün həm Azərbaycan, həm də Litva dünya miqyasında dinamik inkişaf edən ölkələr kimi xarakterizə olunurlar.
Z.Səmədzadə demişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Ölkəmizin karbohidrogen ehtiyatları Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri ilə Qərb bazalarına çatdırılır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət nəticəsində ölkəmiz qlobal maliyyə böhranının mənfi təsirlərini minimum həddə endirmişdir. Komitə sədri bildirmişdir ki, hələ iki il əvvəl Prezident İlham Əliyev tərəfindən antiböhran tədbirlərin hazırlanması ilə bağlı müvafiq dövlət strukturlarına tapşırıqlar verilmiş və konkret addımlar atılmışdır. Həyata keçirilən qabaqlayıcı tədbirlər, qeyri-neft sektorunun inkişafı, sahibkarlara dövlət dəstəyi, onlara verilən güzəştli kreditlər və digər bu kimi addımlar iqtisadiyyatın davamlı artımını təmin etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Z.Səmədzadə Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüquq normalarına zidd olaraq torpaqlarımızın hələ də işğal altında saxlandığını, bir milyondan artıq insanın öz doğma yurd-yuvalarından didərgin düşdüyünü bildirmişdir. Qeyd olunmuşdur ki, münaqişənin aradan qaldırılması Azərbaycanın daha sürətlə inkişaf yolunda ciddi maneədir.
Arunas Valinskas demişdir ki, həqiqətən də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətli inkişaf yolu keçmiş və bu sahədə uğurlarını davam etdirir. İki ölkə arasında münasibətlərin inkiaşfından məmnunluq ifadə edən qonaq əlaqələrin daha geniş miqyas alması üçün Azərbaycan və Litvanın geniş potensiala malik olduğunu diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında