ARDNŞ: “Star” neft emalı zavodunun tikintisi ilə bağlı məsələ həllini tapır

 

 

 

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyənin İzmir şəhərinin Əliağa vilayətində tikintisini həyata keçirdiyi “Star” neft emalı zavodunun ətrafında yaranmış mübahisəli məsələ öz həllini tapmaq üzrədir. “APA -Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov demişdir.

Onun sözlərinə görə, bu məsələnin həlli ilə bağlı Türkiyənin dövlət başçısı tərəfindən qanun da imzalanmışdır: “Əliağa yarımadasındakı “Buhar Energy” şirkətinə yerin təkindən istifadə edilməsi ilə bağlı lisenziya verilmişdir. Ancaq bu şirkətə lisenziya verilmədən öncə “Petkim” şirkətinin yerin üstündə fəaliyyət göstərməsi ilə bağlı icazəsi var”.

 ARDNŞ rəsmisi bildirmişdir ki, həmin ərazi neft emalı zavoduna verilmişdir. “Buhar Energy” isə məsələ ilə bağlı məhkəməyə üz tutmuşdur. Məsələnin həlli ilə artıq Türkiyənin ölkə başçısı tərəfindən qanun da imzalanmışdır. Qanunun əsas mahiyyəti dövlət əhəmiyyətli layihələrdə mübahisəli məsələlərin dövlət tərəfindən daha önəmli olanının xeyrinə həll olunması ilə bağlıdır. Təbii ki, “Star” neft emalı zavodunun tikintisi Türkiyə üçün gələcəyi bəlli olmayan şirkətdən daha vacibdir. Artıq bu məsələ öz həllini tapmaq üzrədir”.

S.Qasımov həmçinin qeyd etmişdir ki, “Star” neft emalı zavodunun tikintisi yekunlaşmaq mərhələsindədir: “Petkim yarımadasının ərazisində yerləşən “Star” zavodunun tikintisi ilə bağlı uzun müddətdir işlər gedir. Bu proses artıq deyə bilərəm ki, yekunlaşmaq mərhələsindədir. Yaxın günlərdə banklarla və digər tərəflərlə maliyyə toplanışı istiqamətində işlərimizi yekunlaşdırırıq. Həm kommersiya bankları ilə, həm ixrac bankları, həmçinin də digər maraqlı tərəflərlə maliyyə toplanışı istiqamətində işlərimizi yekunlaşdırmaq niyyətindəyik”.

 S.Qasımov demişdir ki, digər hər hansı bir səbəbdən kənarlaşma və çatışmazlıq gözlənilərsə, bunun qarşısını almaq üçün artıq banklarla sıx əlaqə qurulur: “Banklar tərəfindən bizə verilən iştirak məktublarının vaxtlarının uzadılması istiqamətində danışıqlara başlanılacaq. Bu, böyük bir prosesdir”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında