Dövlət Neft Fondunun büdcəsinə dəyişikliklər ediləcəkdir

 

 

 

Dövlət Neft Fondunun büdcəsinə dəyişikliklər ediləcəkdir. Hazırda fondun büdcəsinə dəyişiklik olunması barədə Müşahidə Şurasında vəsatət qaldırılmışdır.           

AzərTAc xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirmişdir.

Ş.Mövsümov qeyd etmişdir ki, dəyişiklikdə qaz layihələrinin idarə olunması üçün yeni yaradılan şirkətin 51 milyon dollar məbləğində kapitalının formalaşdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsait Dövlət Neft Fondundan bilavasitə investisiya kimi təqdim edilir.

“Cənub” qaz dəhlizinə daxil olan layihələrin maliyyələşdirilməsi bu ildən başlanacaq və 2018-2019-cu ilədək davam edəcəkdir. Sonra bu layihələrdən gəlir əldə olunmağa başlayacaqdır. Bu gəlir yeni yaradılan şirkətə yönəldiləcəkdir. Yeni yaradılan şirkət həmin vəsaiti Dövlət Neft Fonduna qaytaracaqdır.

Fondun icraçı direktoru vurğulamışdır ki, bu layihələrin maliyyələşməsinə il ərzində 2-2,5 milyard dollara qədər vəsait tələb olunacaqdır. Vəsaitlərin qaytarılma müddəti müxtəlifdir. Ümid edirik ki, 2023-2024-cü ilədək bu vəsaitlər artıq Dövlət Neft Fondunun hesabına köçürüləcəkdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında