Azərbaycan və Koreya hökumətləri arasında kredit alınmasına dair saziş imzalanmışdır

 

 

 

Martın 11-də Azərbaycan Respublikası hökuməti ilə Koreya Respublikası hökuməti arasında kredit alınmasına dair razılaşma sazişi imzalanmışdır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, maliyyə naziri Samir Şərifovun və Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İnin imzaladığı saziş “Pirşağı Çirkab Su Təmizləyici Qurğusu” layihəsinin tikintisi üçün Koreyanın İxrac-İdxal Bankının İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan 43,5 milyon ABŞ dolları həcmində kredit alınmasını nəzərdə tutur. Pirşağı Çirkab Su Təmizləyici Qurğusu vasitəsilə təmizlənəcək su kənd təsərrüfatı irriqasiyası üçün yenidən istifadə olunacaqdır.

İmzalanma mərasimində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyi bildirilmiş, iqtisadi, mədəni, neft-kimya, enerji, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında