Dünya Bankının "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi həyata keçirilir

Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı prosesinin daha da təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin tətbiqi məqsədi ilə Dünya Bankının "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" həyata keçirilir. Azərbaycan Prezidentinin Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması ilə bağlı 19 may 2009-cu il tarixli sərəncamından sonra layihənin reallaşması üzrə müxtəlif istiqamətlərdə işlər daha da sürətlənib. Daşınmaz əmlak bazarında etibarlı, şəffaf və səmərəli qeydiyyat sisteminin yaradılmasını və bu sistemin dünya standartlarına uyğunlaşdırılmasını təmin edəcək layihə 22 subkomponenti özündə birləşdirən 4 komponentdən ibarətdir.
Layihəyə müxtəlif xidmətlərin və məsləhətçilərin cəlb edilməsi üçün beynəlxalq və milli tenderlər vasitəsi ilə 72 satınalma işi nəzərdə tutulub. İndiyədək bunlardan 43-ü üzrə Dünya Bankının tələblərinə və ölkə qanunvericiliyinə uyğun müqavilələr imzalanıb və əksər işlər başa çatdırılıb. Layihənin icra vəziyyətinin daimi nəzarətdə saxlanması, fəaliyyətinin əlaqələndirilməsi və qarşıya çıxan problemlərin operativ həlli üçün Dünya Bankının təmsilçiləri, icraçı agentliklər və Layihə İdarəetmə Qrupu ilə mütəmadi və aktiv müzakirələr aparılır. Layihənin tapşırıq qrupu Azərbaycana mütəmadi səfərlər edib və layihənin durumu barədə hesabatlar və tövsiyələr Azərbaycan hökumətinə təqdim olunub.
"Daşınmaz əmlakın qeydiyyatı" layihəsində vətəndaşların hüquqlarının qorunması və idarə olunması ilə əlaqədar notariuslarda "on-line" xidmətlərinin yaradılması nəzərdə tutulur. Bu çərçivədə əmlakla bağlı işlərin sadələşdirilməsi və elektron şəkildə həyata keçririlməsi üçün zəruri işlər görülür. "On-line" sistemi fəaliyyətə başladıqdan sonra vətəndaş sənədləri notariusa özü tədqim etməyəcək. Bu, "on-line" qaydasında həyata keçiriləcək.
Rəqəmsal daşınmaz əmlak kadastrı xəritələrinin hazırlanmasında 40 000 kvadratkilometr rəqəmli kadastr xəritələrinin əhatə olunması nəzərdə tutulub. Bununla bağlı artıq pilot layihə həyata keçirilib.
Əmlakın qiymətləndirilməsi ilə bağlı beynəlxalq ekspertlərin məsləhətləri əsasında qiymətləndirmə metodologiyasının hazırlanması istiqamətində də işlər görülür. Bu metodologiyanın hazırlanması vətəndaşların əmlakını düzgün qaydada qiymətləndirməyə imkan verəcək.
Bunlarla yanaşı, layihə çərçivəsində təlim mərkəzinin yaradılması, informasiyanın idarəolunması strategiyasının inkişafı da reallaşdırılacaq.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında