Azərbaycanda 2014-cü ilin “Sənaye ili” elan olunması gələcək inkişafımıza təminat verir

 

Qürurla deyə bilərik ki, 2013-cü ildə ölkəmiz dünya birliyinə fəal inteqrasiya istiqamətində mühüm addımlar atmış, beynəlxalq hüququn tam müstəqil və artıq mövqeyi mütləq şəkildə nəzərə alınan subyekti, eyni zamanda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bütün mühüm məsələlərdə ədalətli mövqe ortaya qoymuşdur. Həmçinin sürətli tərəqqi yolunda inamla və möhtəşəm nailiyyətlərlə irəliləyən müasir Azərbaycan ötən ildə də uğurlu inkişafını davam etdirərək Cənubi Qafqaz regionunda iqtisadi və siyasi cəhətdən aparıcı dövlət olduğunu bir daha təsdiqləmişdir. Ulu öndər

Heydər Əliyev siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan müasir bazar iqtisadiyyatı şəraitində ən yüksək tərəqqi tempinə malik bir ölkəyə çevrilmişdir.  Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev əldə edilmiş nəticələri yüksək qiymətləndirmiş və  gələcək inkişafımızın əsas konturlarını diqqətə çatdırmışdır. Dövlət başçımızın 2014-cü ili “Sənaye ili” elan etməsi də ölkəmizin inkişaf strategiyasında daha yüksək hədəflərin müəyyənləşdirilməsindən xəbər verir. Azərbaycanın aparıcı simaları  ölkəmizdə yeridilən uğurlu siyasəti yüksək qiymətləndirir və gələcəkdə yeni-yeni nailiyyətlər qazanacağımıza əminlik ifadə edirlər.

Vahid ƏHMƏDOV,

Milli Məclisin İqtisadi

siyasət komitəsinin üzvü:

– Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev cəmiyyətə çox vacib ismarıclar çatdırıb. Qarşımızda duran əsas vəzifələrdən biri cari ildə sənayenin strukturunda dəyişiklik aparılması məsələsidir. Bununla da daha çox idxalı tələb olunan sənaye sahələri inkişaf etdirilməlidir ki, Azərbaycan özü həmin məhsulları maksimum istehsal etmək imkanına malik olsun. Dövlət başçısı mütəmadi olaraq qeyri-neft sektorunun inkişafına diqqəti artırır. Nəticədə isə Azərbaycanda ötən ildən başlayaraq neft hasilatının həcminin azaldılması ilə əlaqədar olaraq qeyri-neft sektorunun inkişafı ən öndə olan məsələlərdən birinə çevrilib. Hazırda sənaye sektorunun genişləndirilməsinə böyük ehtiyac var və nəzərdə tutulan layihələr reallaşsa, dövlət büdcəsinə neft sektorundan daxil olan gəlirlərin müəyyən hissəsi kompensasiya edilmiş olar. Ötən il qeyri-neft sektorunun inkişafı məqsədilə texnopark - Sumqayıt Kimya Sənaye Parkı yaradılıb. Hazırda Sumqayıtda 2-ci Kimya Sənaye Parkı, Balaxanıda texnoparkın 2-ci hissəsi yaradılır. Nəzərdə tutulub ki, “Sənaye ili”ndə Mingəçevirdə də texnoparklar yaradılacaq.

Azərbaycan iqtisadiyyatının inkişafı, eləcə də dövlət büdcəsinin gəlirlərlə doldurulması üçün sənaye sahəsinin tərəqqisinə daha çox diqqət artırmaq lazımdır. Prezident İlham

Əliyev iclasda metallurgiya sənayesinin də inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Düşünürəm ki, metallurgiyanın inkişafı üçün lazımi xammal Azərbaycanda var, bunu idxal etməyə ehtiyac yoxdur. Ümumilikdə isə bütün bu sahələr arasında sənaye sahəsi öz tutumuna görə prioritet istiqamətdir və o, normal səviyyədə inkişaf etdirilsə, gələcəkdə də – neft sektorunun hasilatı azaldıqda büdcənin doldurulmasında heç bir problem yaranmayacaq.

Musa QASIMLI,

Milli Məclisin deputatı,

professor:

– Bildiyiniz kimi, bir neçə il öncə də Prezident İlham

Əliyev nitqində qeyd edib ki, əsas məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır. Müasir dünyada inkişaf etmiş və rəqabətə davamlı ölkələr əsasən sənaye ölkələridir. Azərbaycanın isə bu sıraya qoşulması üçün çox ciddi layihələr reallaşdırılmalı, yüksək nəticələr əldə olunmalıdır. Keçən il Sumqayıtda Kimya Sənaye Parkı yaradılıb, Gəncə və Naxçıvanda avtomobil zavodu, Şamaxıda müasir texnologiyalar istehsal edən müəssisələr, Mingəçevirdə bir sıra sənaye müəssisələri istifadəyə verilib. Bu, həm ölkə iqtisadiyyatının yaxşılaşdırılmasına, həm də işsizliyin aradan qaldırılmasına böyük zəmin yaradıb. Bu il isə ölkəmiz bu istiqamətdə yeni layihələrə imza atacaq. 2013-cü il müasir inkişaf üçün çox mühüm sahələrdən bir hesab olunan İKT-nin inkişafı ili olması, 2014-cü il üçün isə konkret hədəfləri müəyyənləşdirilməsi də belə deməyə əsas verir.

Hesab edirəm ki, dövlət başçısının iclasdakı çıxışı ölkəmizin qarşısında duran vəzifələri müəyyənləşdirmək baxımından əhəmiyyətlidir və ən başlıcası ondan ibarətdir ki, bütün bu görülən işlərin hər biri Azərbaycan vətəndaşının rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb. Qüdrətli dövlətlərin sənaye potensialı da güclü olur. Azərbaycanda 2014-cü ilin “Sənaye ili” elan edilməsi də  ölkəmizdə sənaye sahəsinin inkişafına xüsusi diqqət yetirlməsinin təzahürüdür.

Qələmə aldı: Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında