ÖTƏN İLİN UĞURLARI

 

 

 

(Faktlar və rəqəmlər)

*  Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən qeyri-daimi üzvlüyü 2013-cü il dekabrın 31-də başa çatmışdır.

*  Ötən ilin əvvəlində Azərbaycan “Azərspace-1” peykinin fəzaya buraxılması kimi tarixi nailiyyətə imza atmışdır.

*  2013-cü ildə TAP layihəsi artıq əsas qaz ixrac marşrutu kimi təsdiq edilmiş,  “Şahdəniz-2” layihəsinə start verilmişdir.

*  “ASAN xidmət”  qısa müddət ərzində cəmiyyətdə böyük rəğbət qazanmış, dünyada özünü Azərbaycan brendi kimi təsdiqləmişdir.

*  Azərbaycan dünyanın humanitar mərkəzi kimi nüfuz qazanmışdır. Bu, 2013-cü ildə respublikamızda Üçüncü Beynəlxalq Humanitar və İkinci Mədəniyyətlərarası Dialoq forumlarının keçirilməsilə öz təsdiqini tapmış, dünya ictimaiyyətinin diqqətini cəlb etmişdir.

*  Ötən il ölkəmiz həm də dünyada dinlərarası, millətlərarası dialoqun aparıldığı məkan kimi tanınmışdır. Respublikamızda mövcud olan dini və milli dözümlülük, tolerantlıq, bütün xalqların bir ailə kimi yaşaması təcrübəsi dünyada öyrənilmiş və təqdir edilmişdir.

*  Ümumi daxili məhsul 5, 7 faiz,  o cümlədən qeyri-neft sektoru 9,5 faiz artmışdır.

*  Ölkənin elektrik stansiyalarında 18,5 milyard kVt.saat elektrik enerjisi istehsal olunmuşdur. 

*  Sosial-iqtisadi  sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,6 milyard manat həcmində vəsait yönəldilmiş, 9,7 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür.

* Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi 2012-ci ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq 7 milyard 107,7 milyon manat təşkil etmişdir.

*  Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına ötən il 4480-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 275 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 12 mindən çox yeni iş yerinin açılmasına imkan yaratmışdır.

* Dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri ötən il 147 dövlətlə 28,8 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 19,9 milyard dollarını və ya 69,2 faizini ölkədən ixrac olunmuş mallar, 8,9 milyard dollarını (30,8 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. Ticarət əlaqələrinin 88,4 faizi və ya 25,5 milyard dolları MDB-dən kənar ölkələrlə, 11,6 faizi (3,3 milyard dolları) MDB üzvü dövlətləri ilə aparılmışdır.

*  Azərbaycanda əhalinin gəlirləri 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artaraq 32,3 milyard manata, onun əhalinin hər nəfərinə düşən məbləği isə 6,5 faiz çoxalaraq 3471,7 manata çatmışdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında