Azərbaycanda sərnişin vaqonları istehsal edən zavod tikiləcək

 

 

 

Azərbaycanda sərnişin qatarları vaqonlarının istehsalı zavodunun tikintisi ilə bağlı yaxın zamanlarda yekun qərar veriləcək.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov söyləmişdir.

A.Əsgərov bildirmişdir ki, hazırda ölkədə mövcud vaqon parkının yenilənməsi məqsədilə istifadədə olan vaqonların təmiri işləri aparılır və bu yaxınlarda Ukraynanın Dnepropetrovsk Vaqon Təmiri Zavodunda 50 sərnişin vaqonu təmir olunaraq Azərbaycana gətirilmişdir. Hazırda həmin vaqonlar Bakı-Moskva və Bakı-Tbilisi beynəlxalq sərnişin reyslərində istismar olunur.

“Çexiya və Rusiya zavodlarında da vaqonların təmiri davam etdirilir”, - deyə A.Əsgərov vurğulamışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında