Yanvar-noyabr aylarında əhalinin gəlirləri 32,3 milyard manat olmuşdur

 

 

 

Cari ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artaraq 32,3 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 6,5 faiz artaraq 3471,7 manat və ya orta hesabla ayda 315,6 manat təşkil etmişdir. Adambaşına düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4,2 faiz bəndi üstələyərək 6,5 faiz olmuşdur.

Bu dövr ərzində ölkə əhalisi tərəfindən gəlirlərin 68 faizi son istehlak xərclərinə, 9 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 21,2 faizi isə yığıma yönəldilmişdir.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 29,4 milyard manat həcmində və ya əvvəlki ildəkindən 7,9 faiz çox vəsait qalmışdır.

Samirə ƏLİYEVA,

 “Xalq qəzeti”  

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında