“Şahdəniz-2” layihəsinin ikinci fazasına 40 milyard dollar investisiya qoyulacaq

 

 

 

“Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə tərəfdaşlar layihənin ikinci fazasının reallaşdırılmasına 40 milyard dollar xərcləyəcəklər.

Trend-in məlumatına görə, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel cümə axşamı İstanbulda keçirilən III Xəzər Forumu çərçivəsində panel müzakirələrində demişdir.

Onun sözlərinə görə, hasilat infrastrukturunun yaradılmasına çəkilən xərclər təqribən 20 milyard dollar olacaq.

Q.Birrel qeyd etmişdir ki, yatağın işlənməsinə isə 2 milyard dollar xərclənəcək.

Hesablamalara görə “Şahdəniz” yatağında 1,2 trilyon kubmetr qaz ehtiyatı vardır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında