Bakıda Azərbaycan-ABŞ İKT Forumu keçirilmişdir

 

 

 

Dekabrın 3-də Bakı Biznes Mərkəzində 19-cu “BakuTel” Beynəlxalq sərgi və konfransı çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycanın ABŞ-dakı səfirliyinin, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Azərbaycan-ABŞ İKT Forumu keçirilmişdir.

Forumu açan Amerika-Azərbaycan Ticarət Palatasının sədri Rza Vəziri ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafını yüksək qiymətləndirmiş, forumun bu münasibətlərin daha da gücləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə etmişdir.

Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov Azərbaycan ilə ABŞ arasında mövcud əlaqələrdən və əməkdaşlığın inkişaf perspektivlərindən danışmışdır. Forumun əhəmiyyətini vurğulayan nazir, belə bir tədbirin keçirilməsinin Azərbaycanın İKT, yüksək texnologiyalar sahəsində əldə etdiyi uğurların beynəlxalq aləmdə tanıdılması baxımından vacib olduğunu bildirmişdir. Ə.Abbasov Azərbaycanın böyük enerji potensialı ilə dünyanın bir çox ölkələrinin, o cümlədən Amerika Birləşmiş Ştatlarının diqqətini cəlb etdiyini söyləmişdir.

“Lakin enerji Azərbaycan üçün uzunmüddətli siyasətin əsası deyildir. İndi hamımızı düşündürən bir sual var - enerjidən sonra Azərbaycanı necə görürük? Siyasətimizin əsas istiqamətlərindən biri də Azərbaycanı enerji asılılığından azad etməkdir. Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində Azərbaycanın enerji resurslarından əldə etdiyi gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilir”, - deyə nazir bildirmişdir.

Qeyd olunmuşdur ki, ölkədə qeyri-neft sektorunun inkişafında əsas məsələ insan amili, gənclərin xarici ölkələrdə təhsilidir ki, Azərbaycan dövləti bu sahəyə xüsusi diqqət yetirir. Nazir, həmçinin Azərbaycan hökumətinin istənilən böyük layihəni dəstəkləməyə hazır olduğunu diqqətə çatdırmışdır.

Tədbirdə çıxış edən ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar Azərbaycanın uğurlu iqtisadi siyasətini qeyd edərək, bu sahənin sürətli inkişafının İKT sektoruna da öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir. Səfir forumun və tədbirdə çoxsaylı ABŞ şirkətlərinin nümayəndələrinin iştirak etməsini ölkələrimiz arasında İKT sahəsində əlaqələrin inkişafının bariz nümunəsi olduğunu diqqətə çatdırmış, bu sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında