Gələn il Azərbaycanda iqtisadi artımın 5,2 faiz olacağı gözlənilir

 

 

 

Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir. Azərbaycanın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırır. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.

Dövlət proqramlarının uğula həyata keçirilməsi, qanunvericiliyin müasir iqtisadi fəaliyyətə uyğunlaşdırılması ötən 10 ildə ölkə iqtisadiyyatında inkişaf  bumuna səbəb olmuşdur.

Sözügedən dövrün bəzi sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. 2003-2013-cü illərdə qeyri-neft sektoru 3 dəfədən çox artmışdır. Azərbaycan bu müddətdə milli iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlərdən biri olmuşdur. 2003-cü ildə adambaşına düşən ÜDM  3 min 150 dollar idisə, bu rəqəmin cari  ilin sonuna qədər 11 min dollara çatması gözlənilir. Həmin  göstərici ilə Azərbaycan son 10 ildə dünya reytinqində 100 pillə irəliləyərək orta gəlirli ölkələr klubuna daxil olmuşdur. Bu dövrdə respublikanın  tədiyyə balansı 2 milyardlıq defisitdən 15 milyard profisitə qədər yüksəlmişdir.

Strateji valyuta ehtiyatlarımız 29 dəfə artaraq 50 milyard dollara çatmışdır. İşsizlik səviyyəsi 5,1 faizə endirilmişdir. Yoxsulluq 8 dəfə azalaraq 6 faizə enmişdir. 3 milyon insan yoxsulluq səviyyəsindən azad olmuşdur. Hazırda Azərbaycan 1563 ölkə arasında yoxsulluğun səviyyəsi ən aşağı olan 20 ölkədən biridir. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsünə əsasən, respublikamız dünyada ilk 25-ci sırada qərarlaşmışdır. Eyni zamanda, ölkəmiz makroiqtisadi sabitliyə görə, dünyada 148 dövlət arasında ilk səkkizlikdədir.

İqtisadi proqnozlara görə, gələn il Azərbaycanın sosial-iqtisadi uğurları daha da artacaqdır. Belə ki, 2014-cü ildə Azərbaycanda real iqtisadi artım 5,2 faiz olmaqla ÜDM istehsalı bazar qiymətləri ilə 58,569 milyard manat təşkil edəcəyi gözlənilir. Bu proqnoz “Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı”nda  ifadə edilmişdir.

Proqnoza əsasən, gələn il neft sektoru üzrə ÜDM 1,5 faiz azalacaq, qeyri-neft sektoru üzrə isə 10 faiz artacaqdır. Bildirilir ki, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61,5 faiz, özəl sektorun ÜDM-də payı isə 83,2 faiz səviyyəsində proqnozlaşdırılır.

Gələn il üçün əhalinin gəlirlərinin həcmi 42,277 milyard manat və ya 2013-cü ilin proqnozlarına nisbətən 6,4 faiz çox, əhalinin xərcləri 29,244 milyard manat (+5,7 faiz ), orta aylıq əmək haqqı 479,4 manat (+5,4 faiz), inflyasiya 3,5 faiz səviyyəsində proqnozlaşdırılır. Eyni zamanda, 2014-cü ildə iqtisadiyyata 18,4 milyard manat və ya 2,9 faiz çox investisiyaların yönəldilməsi gözlənilir. Bu həcmin 9,7 milyard manatı və ya 52,7 faizi dövlət investisiyalarının payına düşür. Bundan əlavə, gələn il 30,7 milyard dollar həcmində mal ixracı və 11,5 milyard dollarlıq idxal gözlənilir.

Ortamüddətli proqnozlara görə, 2015-ci ildə iqtisadi artım 5,8 faiz, 2016-cı ildə 4,8 faiz və 2017-ci ildə 6 faiz səviyyəsində proqnozlaşdırılır. Eyni zamanda, 2015-ci ildə neft sektorunda 2,1 faizlik artım, 2016-cı ildə 3,2 faizlik azalma, 2017-ci ildə isə 1,5 faizlik artım gözlənilir. Qeyri-neft sektoru üzrə isə iqtisadi artım 2015-ci ildə 8,1 faiz, 2016-cı ildə 8,6 faiz, 2017-ci ildə isə 7,8 faiz səviyyəsində proqnozlaşdırılır.

Vaqif  BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında