Dövlət Gömrük Komitəsində görüş

 

Noyabrın 13-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoginin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan Gömrük Xidməti arasında mövcud əlaqələrdən məmnunluqla söhbət açmış, əməkdaşlığın gələcək perspektivlərindən bəhs etmişdir.

A.Əliyev Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna da qısaca nəzər salmış, gömrük sisteminin respublikamız müstəqillik qazandıqdan sonra, xüsusilə 1995-ci ildən bu günə qədər beynəlxalq standartlara cavab verən təkmil bir struktura çevrildiyini diqqətə çatdırmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində gömrük sistemində sürətli ikişaf strategiyasına start verildiyini vurğulayan komitə sədri istər qanunvericilik bazasının möhkəmləndirilməsində, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışmış, xüsusilə büdcə gəlirlərinin formalaşması, maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişdir. DGK sədri ölkəmizin əsas giriş qapılarında gömrük keçid məntəqələrinin dünya standartlarına uyğun yenidən qurularaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verildiyini, mal və nəqliyyat vasitələrinin artıq  avtomatlaşdırılmış qaydada gömrük nəzarətindən keçdiyini, bunun da ticarətin asanlaşdırılması və təhlükəsizliyi işinə müsbət təsirini konkret faktlarla nəzərə çatdırmışdır. Ölkəmizin gömrük sistemində xeyli müddətdir ki, “bir pəncərə” prinsipinin tətbiq edildiyini, bununla da rəsmiləşdirilmə sahəsində vaxt itkisinin minimuma endirildiyini bildirən DGK sədri Aydın Əliyev birbaşa təmasın olmadığını, artıq gömrük ödənişlərinin plastik kartlarla həyata keçirildiyini,  gömrük idarələrində informasiya köşklərinin yaradıldığını, bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırmışdır.  

Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən “Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin bir neçə ildir qüvvəyə mindiyini diqqətə çatdıran DGK sədri məmnunluqla qeyd etmişdir ki, bu gün Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti həyata keçirir, onun quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur.

Səmimi qəbula və ətraflı məlumata görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzogi respublikamızın hərtərəfli inkişafının onda xoş təəssüratlar yaratdığını bidirmişdir.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verdiyini bildirən R. Almarzogi respublikamızın sürətli inkişaf tendensiyasından razılığını ifadə etmiş, xüsusilə son illər gömrük sistemində əldə olunan nailiyyətlərin BVF tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır.

Qədim “İpək Yolu”nun bərpası, bu ölkələr arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi zamanı DGK sədri Aydın Əliyev qonaqların diqqətinə çatdırmışdır ki, noyabrın 14-də Qəbələ şəhərində İpək Yolu Ölkələri arasında Ticarətə Yardım və onun asanlaşdırılması üzrə Gömrük İdarələrinin Roluna dair Beynəlxalq Forum öz işinə başlayacaq. Sayca 6-cı olan bu forumda İpək Yolu ölkələrində gömrük-sərhəd keçid prosedurlarının sadələşdirilməsi, tranzit sistemləri, gömrük-biznes əməkdaşlığına dair  təcrübə mübadiləsi və s. məsələlər müzakirə ediləcəkdir.

Görüşdə həmçinin, gömrük daxilolmalarının həcmində son təmayüllər, tətbiq olunan imtiyazlar, 2014-2015-ci illər üzrə müvafiq proqnoz göstəriciləri və hesablamalar, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesində mövcud vəziyyət müzakirə edilmiş, qarşılıqlı maraq doğuran bəzi məsələlər  barəsində ətraflı fikir mübadiləsi aparılmışdır.

DGK mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında