Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilmişdir

 

 

Noyabrın 13-də vergilər nazirinin müavini Sahir Məmmədxanov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzogini və onu müşayət edən nümayəndə heyətinin üzvlərini qəbul etmişdir.

Görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlər müzakirə olunmuş, 2013-cü il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, cari ilin dövlət büdcəsinin gəlirlər hissəsinin icrası və 2014-2015-ci illər üzrə dövlət büdcəsinin müvafiq proqnoz göstəriciləri barədə fikir mübadiləsi aparılmışdır.

Tərəflər cari ildə vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin büdcə gəlirlərinə təsiri, “Ödəniş xidmətləri haqqında” Qanun layihəsinin nağdsız hesablaşmaların həcminin artırılmasında gözlənilən rolu, eləcə də qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artırılması istiqamətində aparılan işləri müzakirə etmişlər.

S.Məmmədxanov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hökumət qarşısında qeyri-neft sektorunun daha böyük sürətlə inkişaf etdirilməsi, cari büdcə xərclərinin əsasən vergi daxilolmaları hesabına təmin edilməsi kimi mühüm vəzifə müəyyən etmişdir. Ölkənin qarşıdakı il üçün sosial-iqtisadi proqnoz göstəriciləri Azərbaycan iqtisadiyyatındakı mövcud inkişaf templərinin davam edəcəyini, xüsusilə də qeyri-neft-qaz sektorunda əsaslı artımın müşahidə ediləcəyini göstərir. Nazir müavini bildirmişdir ki, qarşıdakı ildə vergi sistemində və vergi inzibatçılığında islahatların aparılması prosesi davam etdiriləcək, vergidən yayınma hallarının qarşısının alınması üçün daha səmərəli nəzarət mexanizmlərin tətbiqi, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin genişləndirilməsi həyata keçiriləcəkdir.

Azərbaycan iqtisadiyyatında müşahidə olunan iqtisadi inkişafı qeyd edən missiya rəhbəri Raca Almarzogi hökumətin qeyri-neft gəlirlərinin artırılması və qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətlərini müsbət qiymətləndirmiş, vergi sistemində aparılan islahatların əhəmiyyətini, elektron xidmətlər sahəsinin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsəslələr barədə də fikir mübadiləsi aparılmışdır.

V.BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında