Alain Quidetti: "İsveçrə Azərbaycanın davamlı inkişafına yönəlmiş bütün səyləri həmişə dəstəkləyəcəkdir"

İsveçrənin Azərbaycandakı səfiri Alain Quidettinin sözlərinə görə, onun ölkəsi Azərbaycanın davamlı inkişafına yönəlmiş bütün mühüm səyləri həmişə dəstəkləyəcəkdir.
Diplomat demişdir: "Azərbaycan ilə İsveçrə arasında diplomatik münasibətlərin mövcud olduğu 19 ildə iki ölkə arasında möhkəm dostluq münasibətləri yaranmış, siyasi, iqtisadi və mədəni əlaqələr isə xeyli möhkəmlənmişdir".
Səfir İsveçrənin "Holcim" şirkətinin Azərbaycanın qeyri-enerji sektoruna sərmayə qoyan ilk xarici investor olduğunu xatırladaraq qeyd etmişdir ki, enerji sektoru ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün ən perspektivli sahədir.
Diplomatın sözlərinə görə, İsveçrə Avropa ərazisinə Azərbaycandan qaz satılması ideyasını, o cümlədən Transadriatik qaz kəməri layihəsini dəstəkləyir. Bu layihəyə əsasən, Azərbaycan qazının istər iqtisadi, istərsə də texniki baxımdan səmərəli şərtlərlə nəql edilməsi nəzərdə tutulur.
AzərTAc

{nl}

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında