Qazaxıstan gələn ildən Azərbaycan vasitəsilə ildə 4 milyon ton neft ixrac edəcək

 

Qazaxıstanın Aktau dəniz limanı və bu ölkənin ən iri neft və qaz hasil edən şirkəti olan “Tengizchevroil” arasında 2014-cü ildən başlayaraq ildə 4 milyon ton neftin Azərbaycan ərazisi ilə nəql edilməsinə dair saziş imzalanmışdır.

Limanın direktoru Berik Uandıkov “APA-Economics”ə açıqlamasında bildirmişdir ki, artıq gələn ildən Aktau limanından  4 milyon ton neft Azərbaycana göndəriləcək.

 B.Uandıkovun sözlərinə görə, bunun 3 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunacaq, qalan 1 milyon ton isə Azərbaycan ərazisi ilə Gürcüstanın Kulevi terminalına (Gürcüstan, Qara dəniz) daşınacaq.

 Neftin nəqli və daşınması ilə bağlı artıq Azərbaycan tərəfi ilə danışıqlar aparılır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında