Yaponiyanın “Mistui” şirkətinin nümayəndələri “AzMeCo” zavoduna səfər edib

 

 

 

Yaponiyanın aparıcı şirkətlərindən biri olan “Mitsui” şirkətinin nümayəndələri Qaradağda yerləşən “AzMeCo” şirkətinə məxsus metanol zavoduna səfər ediblər. Səfər zamanı qonaqlar metanol layihəsi və zavodun istehsal prosesi ilə yaxından tanış olublar. “AzMeCo” şirkətinin nümayəndələri ilə keçirilən görüş zamanı qonaqlara layihənin gələcək perspektivləri və metanol iqtisadiyyatı haqda ətraflı məlumat verilib.

Yapon iş adamları mürəkkəb infrastruktura malik olan metanol zavodunun Azərbaycanda yerli şirkət tərəfindən yüksək səviyyədə və peşəkarlıqla inşa edilməsinə heyran olduqlarını ifadə ediblər.

“Mitsui” şirkətinin Avropa, Yaxın Şərq və Afrika ölkələri üzrə baş icraçı direktoru Hironobu İşikava “AzMeCo”-nun metanol layihəsi haqda bunları deyib: “Bu möhtəşəm bir layihədir və metanol zavodu sizin ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edəcəkdir. İndi bütün dünyada inkişaf etmiş ölkələr belə müasir zavodlar tikir. Çünki metanol həm iqtisadi, həm də ekoloji cəhətdən gələcəyin əlverişli məhsuludur. Biz Azərbaycan şirkətinin belə müasir və gözəl bir zavod tikməsinə həqiqətən valeh olduq.”

Qeyd etmək lazımdır ki, bundan əvvəl də Yaponiyanın aparıcı şirkətlərindən olan “Mitsubishi” və “Japan Gasoline Corporation” (JGC) şirkətlərinin nümayəndələri də “AzMeCo” metanol zavoduna səfər edib layihə ilə yaxından tanış olmuş, Azərbaycanda dövlətin özəl sahibkarlıq üçün yaratdığı imkanlar barədə çox yüksək fikirdə olduqlarını bildirmişlər.

2007-ci ildə əsası qoyulan “AzMeCo” bir sahibkar və operator kimi neft-kimya layihələrinə investisiya qoyan və dinamik inkişaf edən bir şirkətdir. “AzMeCo” şirkəti tamamilə özəldir və Azərbaycanda iri layihələrin inkişafında, icrasında və maliyyələşdirilməsində öncül yerlərdən birini tutur.

Metanol zavodunun illik istehsal gücü 560 min tondur. Havaya buraxılan CO2 qazının tutulub istehsal prosesinə yönəldilməsi sayəsində zavodun illik istehsal gücünün gələcəkdə 720 min tona çatdırılması planlaşdırılır. Ümumiyyətlə, metanol istehsalı kimya sənayesində ən təmiz və ekoloji cəhətdən zərərsiz istehsal hesab edilir. Unikal layihənin ümumi dəyəri 350 milyon manatdır.

K. OKTAYOĞLU


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında