Bakıda V Beynəlxalq “Caspian Air Cargo-2013” sammiti keçirilir

 

Oktyabrın 29-da  “Silk Way Airlines” aviaşirkətinin təşkilatçılığı ilə Bakıda “Caspian Air Cargo-2013" sammiti işə başlamışdır.

Konfransda çıxış edən “Euroavia International”ın direktoru Lars-Gunnar Comen bildirmişdir ki, konfransda 30 ölkədən 235-dən çox dünyanın ən böyük yük daşıyıcı şirkətlərinin, hava limanlarının nümayəndələri iştirak edirlər.

Qeyd olunmuşdur ki, sammitin iştirakçıları regiondakı kommersiya və texniki yenilikləri, MDB və Asiya ölkələrinin yükdaşınma bazarının xüsusiyyətlərini, eləcə də Avropa və Asiya arasındakı əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) prezidenti Cahangir Əsgərov çıxış edərək sammitin əhəmiyyətindən danışmış və konfransın işinə uğurlar arzulamışdır.

Bildirilmişdir ki, Azərbaycan iki qitənin - Avropa və Asiyanın qovuşuğunda, transqafqaz nəqliyyat dəhlizinin mərkəzində yerləşir. Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz yolları, magistral avtomobil və dəmir yolları Azərbaycandan keçir.

Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində bu gün Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiyası özünün sürətli inkişaf dövrünü yaşayır və ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə öz töhfələrini verir. Regionun nəhəng aviaşirkətinə çevrilmiş “Azərbaycan Hava Yolları” QSC ölkənin quru və su sərhədlərinə, ümumilikdə, 165,4 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə edir. Qurum tərəfindən xidmət göstərilən hava dəhlizinin uzunluğu 8 min kilometrdən çoxdur. Dünyanın çoxlu sayda aviaşirkətləri Avropadan Asiyaya və geriyə uçuşlar həyata keçirərkən Azərbaycan Respublikasının hava məkanına üstünlük verirlər.

C.Əsgərov vurğulamışdır ki, son 10 ildə Azərbaycanın milli aviadaşıyıcısının təyyarə parkı 50-yə yaxın müasir tipli hava gəmisinin alınması ilə daha da zənginləşmişdir. Ötən müddət ərzində QSC dünyanın aparıcı şirkətlərinin məhsulu olan 30-dan çox yeni təyyarə və 20-yə yaxın helikopter alınmışdır.

Bakı artıq dünyanın logistika və nəqliyyat mərkəzinə çevrilmişdir. Azərbaycanda yük daşımaları artır və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını genişləndirir. Azərbaycanın “Silk Way” özəl holdinqi son beş ildə aviasiya yükdaşımaları sahəsində böyük uğurlar qazanmışdır. Müxtəlif istiqamətlərdə uçuşlar həyata keçirən “Silk Way” həm humanitar, həm də dövlət yüklərinin fasiləsiz daşınmasını təmin edir. Hava nəqliyyatının daha da inkişaf etdirilməsi aviasiya mütəxəssislərinin hazırlanması üzrə Milli Aviasiya Akademiyası tamhüquqlu ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir.

Konfransın sədri “The Wicks Group”un hüquq təsisçisi və idarəçi direktoru Glenn Viçks çıxış edərək bildirmişdir ki, sammitin məqsədi yük daşıyıcıları və yük göndərənlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsi, həmçinin aviasiya biznesinin yüksəlişi üçün effektli mexanizmlərin inkişaf etdirilməsinə nail olmaqdan ibarətdir.

Sonra konfransda müxtəlif şirkətlərin nümayəndələri çıxış etmiş və iş təcrübələrindən danışmışlar.

Konfrans oktyabrın 31-də başa çatacaqdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında