ABŞ energetika naziri Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “ABŞ-ın enerji təhlükəsizliyi məsələləri embarqodan 40 il sonra - energetik texnologiyalar və siyasi kurs” mövzusunda keçirilmiş forumda çıxış etmişdir

 

Oktyabrın 24-də Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “ABŞ-ın enerji təhlükəsizliyi məsələləri embarqodan 40 il sonra - energetik texnologiyalar və siyasi kurs” mövzusunda forum keçirilmişdir. Mərkəzin qonağı ABŞ energetika naziri Ernest Monis idi.

E.Monis 1973-cü ildə OPEK üzvü olan ərəb ölkələri tərəfindən tətbiq edilmiş neft embarqosunun tarixindən söhbət açmış, qeyd etmişdir ki, 1973-cü ildə siyasi reallıqlar müasir reallıqlardan fərqli idi. O vaxt İran ABŞ-ın müttəfiqi idi, Amerika ailələri enerji ehtiyaclarını təmin etmək üçün öz gəlirlərinin orta hesabla 20 faizə qədərini sərf etməli olurdu. Embarqo ABŞ-ın enerji siyasətinə ciddi təsir etmişdir. Sonrakı 40 il ərzində ABŞ da daxil olmaqla qərb ölkələri enerjinin səmərəli istifadəsi və alternativ enerji növlərinin axtarışı üzrə layihələrə sərmayə qoymağa başlamışlar. Neft böhranı Beynəlxalq Energetika Agentliyi və Energetika Nazirliyinin yaradılmasını zərurətə çevirmişdir. Hazırda ABŞ neft idxalından asılılığı azaltmağa və təbii qazdan geniş istifadə etməyə çalışır. Nazir onu da qeyd etmişdir ki, Prezident Obamanın siyasətində başqa ölkələrlə energetika sahəsində sıx əməkdaşlıq nəzərdə tutulur.

AzərTAc-ın ABŞ-dakı xüsusi müxbiri nazirə ABŞ-ın Azərbaycan barəsində siyasəti ilə bağlı bir sual vermişdir. Məlum olduğu kimi, Azərbaycan OPEK-in üzvü deyildir, lakin eyni zamanda Qərbə neft və qaz ixrac edir, beləliklə Avropanın enerji təhlükəsizliyinə töhfə verir. “ABŞ hökuməti son 40 il ərzində İran körfəzində olduğu kimi Azərbaycana və Xəzər regionuna da qüvvə və diqqət sərf etməli deyilmi” sualına nazir cavab vermişdir ki, Xəzər regionu ABŞ üçün çox əhəmiyyətlidir, Xəzərdən çıxarılan qazın Avropaya nəql edilməsi ilə bağlı bir sıra məsələlər hələ öz həllini gözləyir və ABŞ administrasiyası hadisələrin inkişafını diqqətlə izləyir.

Xatırladaq ki, Ernest Monis ABŞ-ın energetika naziri vəzifəsinə 2013-cü ilin may ayında təyin edilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Vaşinqton nümayəndəliyinin rəhbəri Rauf Məmmədov və şirkətin digər əməkdaşları iştirak etmişdir. Forum Amerikanın C-SPAN kabel televiziyası ilə translyasiya edilirdi.  

Yusif  BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında