Dövlət Gömrük Komitəsində görüş

 

Oktyabrın 24-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyə Respublikasının Emniyet Genel müdiri Mehmet Kılıçların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları mehribanlıqla salamlayan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev qardaş ölkənin nümayəndələri ilə görüşdən məmnun olduğunu söyləyərək, ölkəmizin xarici iqtisadi siyasətində Türkiyə Cümhuriyyəti ilə əlaqələrin daha da genişləndirilməsinin vacib amil kimi daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir. Səfər Mehdiyev iki qardaş ölkə arasında əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayaraq bu sıx münasibətlərin daha sarsılmaz olmasında “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” –  deyən ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu olduğunu bildirmişdir.

Müstəqil Azərbaycanın Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna qısaca nəzər salan Komitə sədrinin birinci müavini istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışmış,  qanunvericilik bazasının möhkəmləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişdir.

İki qardaş ölkənin gömrük qurumları arasında əlaqələrə gəlincə, S. Mehdiyev əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirmiş, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs etmişdir. Belə ki, Komitə sədrinin birinci müavini Azərbaycan Gömrük Xidmətində qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində Türkiyə təcrübəsinin tətbiqinin  bu sahəyə müsbət təsirindən danışmış, bu istiqamətdə qardaş ölkənin həm gömrük orqanları, həm də əmniyyət müdirliyi ilə qarşılıqlı əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsinin, həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirmişdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda hər bir sahədə olduğu kimi, iqtisadiyyatda da əldə olunan nailiyyətlərdən söhbət açan DGK sədri xarici iqtisadi münasibətlərdə Türkiyənin Azərbaycan üçün xüsusi önəm daşıdığını bildirərək, ümumilikdə qardaş ölkənin respublikamızla iqtisadi əlaqələrdə öncül yerlərdə  qərarlaşdığını məmnunluqla diqqətə çatdırmışdır.

Səmimi qəbula və ətraflı məlumata görə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevə təşəkkür edən Türkiyə Respublikasının Emniyet Genel müdiri Mehmet Kılıçlar ilk öncə qardaş ölkə olan Azərbaycana səfərindən, eləcə də respublikamızda sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını diqqətə çatdırmışdır.

İqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edən Mehmet Kılıçlar iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirmiş, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs etmişdir.

Türkiyəli qonaq, eyni zamanda qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində hər iki ölkənin uyğun qurumlarının qarşılıqlı fəaliyyətinin vacibliyinə diqqəti yönəltmiş, birgə əməkdaşlığın gələcək perspektivlərindən söhbət açmışdır.

Görüşdən sonra qonaqlar Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinə baxış keçirmişlər. Bildirilmişdir ki, BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan “Hədəf” Mərkəzinin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 800-dək kamera vasitəsilə birbaşa  Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir.

Sonra  Türkiyə Respublikasının Emniyet Genel müdiri Mehmet Kılıçların rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Gömrük Təşkilatının  Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində olmuş, ofisin üstün imkanlarından, texniki təchizatından razılıqlarını bildirmişlər.

DGK mətbuat xidməti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında