Vergilər Nazirliyi tərəfindən 5 yeni elektron xidmətin göstərilməsinə başlanılmışdır

 

 

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirər haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan  57 elektron xidmətdən 2012-ci ildən istifadəyə verilmiş 46 növü üzrə inzibati reqlamentlər “Hüquqi Aktların Dövlət Reyestri”ndə elektron variantda dərc edilmişdir.

Daha 5 yeni elektron xidmətin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmışdır.

Bununla əlaqədar nazirlik tərəfindən “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan çıxarılması”,  “Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”, “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”,  “Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının onlayn dəyişdirilməsi”, “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının onlayn dəyişdirilməsi” üzrə elektron xidmətlərin göstərilməsinə başlanılmışdır.

Təqdim olunan xidmətlərin məzmunu vergi ödəyicisi qismində qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin, qeyri-kommersiya hüquqi şəxslərin, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi uçotuna alınmış hüquqi şəxslərin filiallarının və bölmələrinin,  eləcə də fiziki şəxslərin uçot məlumatlarının elektron  qaydada dəyişdirilməsini, həmçinin vergi ödəyicilərinin təsərrüfat subyeklərinin  (obyektlərinin) elektron qaydada qeydiyyatdan çıxarılmasını əhatə edir.

Elektron xidmətlərin istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi və fiziki şəxslərdir.  Xidmət interaktiv qaydada ödənişsiz həyata keçirilir və  http://www.e-taxes.gov.az/, http://www.e-gov.az ünvanlarında istifadəçilərə təqdim olunur. Təqdim olunan yeni xidmətlər barədə ətraflı məlumatı https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg  və [email protected] elektron ünvanından, nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərindən və 195 Çağrı Mərkəzindən əldə edə bilərlər.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında