Sahibkarlığa dövlət qayğısı ardıcıl xarakter daşıyır

2010-cu ilin birinci yarısında yerli iş adamları ölkə iqtisadiyyatına 3 milyard dollar sərmayə qoymuşlar
Təcrübə göstərir ki, elmi əsaslara söykənən sosial-iqtisadi strategiya əsasında qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən liderlər həm də ümumilikdə cəmiyyəti davamlı inkışafa aparan strateji məqsədləri reallaşdırmağa nail olurlar. 2008-cu ilin 15 oktyabrnda xalqın iradəsilə ikinci müddətə Azərbaycan Prezıdenti seçilmiş cənab İlham Əliyev də dövrün tələblərinə uyğun praqmatik sıyasət yeritməklə, ölkənin bütün potensialını vətəndaşların mənafeyinə cavab verən çoxşaxəli islahatların gerçəkləşdirilməsı istıqamətində səfərbər edir. İdarəçilikdə xalqa hesabat ənənəsinin əsasını qoymuş dövlət başçısı vətəndaşları qarşıdakı vəzifə və planlar, strateji əhəmiyyətli layıhələr barədə məlumatlandırır.
Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş iclası deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının davam etdirilməsi, Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkədə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, işsizlik, yoxsulluq problemlərinin həlli, əhalinin sosial müdafiəsınin gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi kimi prioritet hədəflər hesabat dövründə İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin əsasını təşkil etmişdir. İclasda səslənən məlumatlardan bəlli olur ki, son 2 ildə bütün dünya ölkələrində iqtisadi inkişafa ciddi zərbə vuran qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanın bütün sahələrdə qazandığı yüksək nailiyyətlər ilk növbədə sistemli və düzgün koordinasiya olunmuş fəaliyyətin məntiqi nəticəsidir.
Respublikamızın qısa zamanda dinamik inkişafa nail olduğunu statistik göstərıcilər də təsdiqləyir. İlin əvvəlindən ölkədə ümumi daxil məhsul istehsalı 3,7 faiz, qeyri-neft sektorunda artım 15,3 faiz təşkil etmişdir. Şübhəsiz, qeyri-neft sektorunda müşahidə edilən bu artım ilk növbədə dövlət başçısının bölgələrə səfərləri zamanı vəziyyətin təhlili əsasında iqtisadiyyatın inkişafı üçün prioritet sahələri müəyyənləşdirməsinin, tarazlı və davamlı regional tərəqqini təmin edən fundamental dövlət proqramlarının hazırlanmasına dair fərman və sərəncamlarının, eləcə də onların həyata keçirilməsi istiqamətindəki əzmkar zəhmətinin bəhrəsidir. Ötən 7 ildə Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən, özünəməxsus iqtisadi və siyasi inkişaf modelinin formalaşması da məhz cənab İlham Əliyevin idarəçilik keyfiyyətlərinin, milli və bəşəri təcrübəni uzlaşdırmaq bacarığının nəticəsidir.
Maliyyə böhranının hələ tam səngimədiyi şəraitdə dünya ölkələri arasında məhdud investisiya resursları uğrunda rəqabətin daha da gücləndiyi bir vaxtda Azərbaycanda mövcud olan siyasi və iqtisadi sabitlik investorların ölkəmizə marağını əhəmiyyətli dərəcədə artırır. Ötən 6 ayda Azərbaycan iqtisadiyyatına 3,8 milyard dollar sərmayənin qoyulması deyilənlərin əyani təsdiqidir. Respublikamıza "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən investisiya səviyyəli reytinqin verilməsi də bunu bir daha təsdiqləyir. Sevindirici haldır ki, iqtisadiyyata yatırılmış 3,8 milyard sərmayənin 3 milyardı məhz yerli investisiyalardır. Bu fakt respublikamızda sahibkarlar sinfinin əhəmiyyətli dərəcədə gücləndiyini, iqtisadiyyatın lokomotiv qüvvəsinə çevrildiyini göstərir.
Ümumilikdə, hesabat dövrünün yekunları deməyə əsas verir ki, Azərbaycanda müşahidə olunan dinamik tərəqqi və yüksəliş, iqtisadiyyatın sürətli artım tempi respublikada həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, eyni zamanda, milli sahibkarlığa göstərilən yüksək diqqət və qayğının nəticəsidir. İş adamı olaraq son 7 ildə dövlət başçısı İlham Əliyevin sahibkarlara hərtərəfli dəstəyini hər addımda hiss etmişəm. Möhtərəm Prezidentimiz ötən müddətdə həyata keçirdiyi əməli tədbirlərlə, imzaladığı müvafiq fərman və sərəncamlarla sahibkarların yaxın dostu və himayədarı olduğunu təsdiqləyib. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoyub, bu sektorun ümumi daxili məhsulda payı 85 faizə yüksəlib. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, cəmiyyətin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsi, mövcud istehsal potensialından tam və səmərəli isntıfadə edilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqi kimi yeniliklər bilavasitə investisiya qoyuluşlarından asılıdır. Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin artımı, ölkənin hərtərəfli inkişafı təbii olaraq insan amilinin inkişafı baxımından infrastruktur layihələrinə də xüsusi diqqət ayırmağı zəruri edir. Dövlət başçısı cənab İlham Əliyev də məhz bu reallıqdan çıxış edərək hər bir ölkə vətəndaşının rahat, firavan yaşayışı üçün dövlət büdcəsindən lazımi vəsaitin ayrılmasını təmin edir.
Nazirlər Kabinetinin iclasında dərin məzmunlu nitq söyləyən dövlət başçısı İlham Əliyev infrastruktur layihələrinin milli inkişaf prosesində müstəsna rolunu xüsusi önə çəkmişdir: "Əgər kreditləri verməsəydik, infrastruktur layihələrini həyata keçirməsəydik, yolları çəkməsəydik, elektrik stansiyaları tikməsəydik, qazlaşdırma aparılmasaydı, onda bunların heç biri də olmazdı. Bizim indi bəlkə də 24 yox, 30, ya 28 milyard pulumuz olacaqdı, ancaq ölkədə proseslər mənfi istiqamətdə gedəcəkdi. Məhz o vaxt biz bax bu "Holland xəstəliyi" ilə üzləşə bilərdik. Amma biz öz yolumuzu seçdik. Biz ehtiyatları da yığdıq - bax bu il artan valyuta ehtiyatlarımız onu göstərir ki, bu artım gedir - eyni zamanda, lazım olan sahələrə investisiyaları böyük həcmdə yönəldə bildik".
Hökumətin investisiya layihələrinə, o cümlədən infrastrukturun yeniləşdirilməsinə xüsusi diqqət yetirməsi, bu sahədə əməli tədbirlərin həyata keçirilməsi, yeni yolların çəkilməsi, işıq, qaz, su kimi kommunal problemlərin həlli sahibkarların da normal fəaliyyətinə geniş imkanlar açır. Ümumiyyətlə, cənab İlham Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra Azərbaycanda özəl sektorun inkişafı daha da sürətlənmiş, respublikamızda sahibkarlığın inkişafına diqqət artırılmışdır. Kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunnmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004- 2006-cı illər) təsdiqlənməsi, ədliyyə sistemində aparılan islahatlar, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və s. kimi tədbirlər də bunun əyani təcəssümüdür.
Prezident İlham Əliyevin 2010-cu il 13 aprel tarixli "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" fərmanı da bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlu davamıdır. Fərman istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun tənzimlənməsi, aparılan yoxlamalar zamanı səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrin uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədi daşıyır. Sənədə əsasən Nazirlər Kabineti istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə aparılan yoxlamaların vahid qaydasını hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Fərmanla eyni zamanda sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydalarının hazırlanması nəzərdə tutulur. Sahibkarlıq sahəsində aparılan yoxlamalar isə həmin reyestrdə qeydə alındıqdan sonra həyata keçirilə bilər. Nazirlər Kabinetinin son iclası həm də onu göstərdi ki, hökumət iş adamlarının fəaliyyətinə dəstək siyasətini 2010-cu ildə də davam etdirir. Ötən dövrdə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 560 sahibkarlıq subyektinə 48,4 milnyon manat, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına 35 milyon manat güzəştli kredit verilmişdir. Və bunun da 74 faizi aqrar infrastruktur sahələrinin inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 21 faizi sənaye məhsullarının istehsalı və emalına, 5 faizi turizm infrastrukturunun inkişafına yönəldilmişdir. Ümumilikdə, 2010-cu il iyun ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8733,5 milyon manat təşkil etmişdir və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çoxdur.
Hesab edirəm ki, sahibkarlığın inkişafı təkcə ölkənin sosial-iqtisadi inkişafına deyil, həm də ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, demokratikləşmə proseslərinin sürətlənməsinə, vətəndaş cəmiyyəti quruculuğuna təkan verən mütərəqqi prosesdir. Halal yolla pul qazanan, dövlət qarşısında sosial məsuliyyətini dərk edən iş adamlarının sayının artması yerli xarakterli sosial problemlərin həllinə də yaxşı imkanlar açır. Sevindirici haldır ki, dövlətin hərtərəfli dəstəyi müqabilində məsuliyyəti düzgün dərk edərək xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan, əhalinin problemlərinin həllində iştirak edən sahibkarların sayı da getdikcə artır.

{nl}

Alim ÖMƏROV, iş adamı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında