Avropa və Asiya qitələri arasında yerləşən və buna görə də əhəmiyyətli strateji mövqeyi olan Azərbaycanın müstəqillik dönəmində sürətli inkişafı, xüsusən son on ildə ölkədə baş verən iqtisadi irəliləyiş diqqəti cəlb etməyə bilməz. SSRİ-nin süqutu ilə baş verən iqtisadi böhran təbii ki, müstəqilliyin ilk illərində ölkəmizdən də yan keçmədi. Mövcud iqtisadi inkişafı o zaman dağılan iqtisadi bağların, müasir standartlara uyğun gəlməyən infrastrukturun və olmayan dövlətçilik ənənələrinin üzərində qurulduğunu nəzərə aldıqda, ötən qısa müddət ərzində əldə edilən uğurların əhəmiyyəti daha səlis anlaşılır. Digər problem kimi, Qarabağın işğalı nəticəsində ölkə iqtisadiyyatına, infrastruktura dəyən ziyanı da qeyd etmək lazımdır. Çünki məhz bu ədalətsiz işğal səbəbindən bir milyondan artıq azərbaycanlı hazırda dövlətin himayəsi altında yaşayır və tarixi ərazilərin iqtisadi potensialından istifadə imkanından məhrumdur. Eyni zamanda, hər il milyardlarla manat büdcə vəsaiti ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəldilir. Lakin sadalanan ciddi problemlərə baxmayaraq ölkəmiz həm iqtisadi, həm də digər sahələrdə yüksək sürətlə inkişaf edir. Son 10 ilin iqtisadi mənzərəsini daha aydın təsəvvür etmək üçün müxtəlif sektorlara və sosial göstəricilərə ayrı-ayrılıqda nəzər yetirmək maraqlı olar.
Makroiqtisadi təhlil
Ümumi daxili məhsulun (ÜDM) dinamikası son 10 ildə ölkə iqtisadiyyatının 7 dəfədən çox artdığını göstərir. Bu müddət ərzində adambaşına düşən ÜDM isə təxminən 6,7 dəfə artmışdır. MDB-nin ikinci güclü iqtisadiyyatı hesab edilən Qazaxıstanda isə müvafiq göstərici 6 dəfəyə yaxın artmışdır. Göründüyü kimi, Azərbaycan iqtisadiyyatın artım tempinə görə digər Qafqaz ölkələrini təxminən iki dəfə qabaqlamış, həmçinin MDB-də ilk yeri tutmuşdur. Bundan başqa, sözügedən dövr ərzində iqtisadi artımı şərtləndirən amillərin də diversiyası baş vermişdir. Belə ki, əgər 2003-2008-ci illərdəki artıma səbəb neft sektorunda güclü hasilat idisə, 2008-2013-cü illərdə ÜDM-in artımında qeyri-neft sektoru aparıcı rol oynamışdır və 2010-cu ildən etibarən neft sektorunda azalmaya baxmayaraq, ölkə iqtisadiyyatı artım tempini qorumuşdur. Buradan çıxarılan nəticə budur ki, Azərbaycanın neft gəlirlərindən səmərəli istifadə edərək iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı işlər uğurlu nəticə vermişdir. Bir sözlə, ötən 10 il ərzində iqtisadi artımın neft amilindən asılılığı minimuma endirilmiş, daha çox bazar konyukturuna uyğunlaşdırılmış istehsal mühiti formalaşdırılmışdır.
Aşağdakı diaqramda Azərbaycan iqtisadiyyatının inkişaf tempi daha aydın ifadə olunmuşdur.
Diaqramdan da göründüyü kimi, Azərbaycan iqtisadiyyatı nominal ifadədə 2009-cü ildə qlobal maliyyə böhranı ərəfəsində nisbətən geriləsə də qalan müddət ərzində durmadan artmışdır. 2009-cu ildə iqtisadiyyatımızda baş verən tərəddüd isə xarici təsirlər səbəbindən olmuşdur. Bu hal isə qaçılmaz idi. Lakin bir cox inkişaf etmiş dünya ölkələri hələ də bu böhranın təsirindən xilas ola bilmədiyi halda, Azərbaycan iqtisadiyatının inkişafı bir il sonra yenidən müsbətə doğru dəyişmişdir. 2009-cu ilin təhlili isə onu göstərir ki, əslində ölkədə istehsal edilən mal və xidmətlərin həcmində real ifadədə artım baş vermişdir. Faktiki olaraq ÜDM həmin dövrdə 9,3 faiz artmışdır. Ümumilikdə isə həyata keçirilən enerji layihələri və 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin işə düşməsi, Azərbaycan neftinin Avropa bazarlarına birbaşa çıxışı ilə paralel olaraq həyata keçirilən dövlət proqramları, qanunvericiliyin müasir iqtisadi fəaliyətə uyğunlaşdırılması ötən 10 ildə ölkə iqtisadiyatında inkişaf bumuna səbəb olmuşdur.
2003-2012-ci illər ərzində ölkə iqtisadiyyatı orta hesabla hər il 13,4 faiz artmışdır. Əgər nəzərə alsaq ki, bu müddət ərzində dünya iqtisadiyyatı təxminən hər il 3 faiz artmışdır, onda Azərbaycanın əldə etdiyi uğuru daha aydın ifadə edə bilərik. Əlbəttə, ölkə iqtisadiyyatının sürətli inkişafı müəyyən mənada neft sektorundakı artımla paralel olaraq baş vermişdir. Lakin ötən müddət ərzində digər sektorlarda da ciddi iqtisadi dinamikanın şahidi oluruq. Yəni, qeyri-neft sektorunun mütəmadi olaraq inkişafı təmin edilmişdir.
Qrafikdən də göründüyü kimi, ümumi iqtisadi artımla yanaşı, qeyri-neft ÜDM-i də artmışdır. Bu da onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatının inkişafı hərtərəfli xarakter daşıyır. Xüsusilə 2005, 2006, 2007-ci illərdə ÜDM müvafiq olaraq 26,4 faiz, 34,5 faiz, 25 faiz artması ölkəmizin iqtisadi inkişaf tempinə mühüm təsir göstərmişdir. Həmçinin bu müddət ərzində qeyri-neft sektoru da illik orta hesabla 10,6 faiz artmışdır. Hazırda da qeyri-neft sektorunun sürətlə artımı davam etməkdədir.
Qeyri-neft iqtisadiyyatı gələcək inkişafın təminatçısı rolunda
Son on ildə Azərbaycanın keçdiyi inkişaf yolu qeyri-neft iqtisadiyyatına da müsbət təsir etmişdir. 2003-cü ildə bu sektorun ümumi iqtisadiyyatdakı payı 4,5 milyard manat olduğu halda, 2013-cü ilədək 6,3 dəfə artaraq 28,5 milyard manata çatmışdır.
2003-2013-cü illərdə ölkə iqtisadiyyatının ən çox inkişaf edən sahəsi sənaye sektoru olmuşdur. Belə ki, bu sektorun ümumi iqtisadiyyatdakı xüsusi cəkisi 37 faizdən 50 faizədək artmışdır. Bu, yeni sənaye müəssisələrinin yaradılması və daha çox son məhsul istehsalını reallaşdırmaq məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlər planı sayəsində baş vermişdir. Nəticədə son illər ərzində xüsusilə yüngül sənaye məhsullarının rəqabət qabiliyyəti ciddi şəkildə artmış və daxili bazarlarda xarici istehsal mənşəli məhsulların sıxışdırılması kimi mühüm amillər özünü büruzə vermişdir.
Bu dövr ərzində milli iqtisadiyyatın şaxələndirilməsi və yerli istehsalın stimullaşdırılması, texnoparkların yaradılması və vergidən 7 il müddətinə azad edilməsi, kənd təsərrüfatının subsidiyalaşdırılması, yeni istehsal təyinatlı infrastrukturun yaradılması, xarici ticarət siyasətinin genişləndirilməsi və ixracatın artırılması, turizm sektoruna istiqamətlənən dövlət proqramlarının həyata keçirilməsi, bank-maliyyə sisteminin formalaşdırılması, xüsusilə, banklar tərəfindən geniş spektrli kreditləşmə üçün yaranmış mühit sığorta bazarının təşviqi, dövlətin vergi siyasətinin liberallaşdırılması baş verən inkişafın əsas katalizatorları kimi çıxış etmişdir. Sektorların hər birinin ayrı-ayrılıqda və vəhdətdə inkişafı nəzərə çarpmışdır.
Cənubi Qafqaz dövlətlərinin 2012-ci il üçün ümumi büdcə gəlirləri 26,6 milyard manat, büdcə xərcləri isə 26,7 milyard manat proqnozlaşdırılmışdı. Azərbaycanın Qafqaz dövlətlərinin ümumi büdcə gəlirlərindəki payı 19,9 milyard manat və yaxud 74,8 faiz, ümumi büdcə xərclərindəki payı isə 19,5 milyard manat və yaxud 73 faiz idi.
Əhalinin gəlirləri
Təbii ki, iqtisadiyyatı inkişaf edən ölkənin vətəndaşlarının yaşam standartları dəyişir və gəlirlərin dinamikası artan istiqamətli olur. Ötən 10 ildə həyata keçirilən iqtisadi siyasət nəticəsində əhalinin gəlirləri təxminən 6 dəfə artaraq 2012-ci ildə 34,7 milyard manat olmuşdur. Bu müddət ərzində sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər 9 dəfə, mülkiyyətdən gələn gəlirlər 45 dəfə, işçilərin əmək ödənişləri isə təxminən 7 dəfə artmışdır. Yoxsulluğun səviyəsi 49 faizdən 6 faizədək azalmışdır. Sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması bazar iqtisadiyyatı sisteminin formalaşdırılması və özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda baş vermişdir ki, buna da səbəb qanunvericilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması və iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olmuşdur. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka, həm də yığıma yönəldilən vəsaitlərin effektiv artımına səbəb olmuşdur.
Orta aylıq əmək haqqının səviyyəsinə görə Azərbaycan Qafqazda birinci yerdədir. Bu, onu deməyə əsas verir ki, ölkəmizdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər öz səmərəsini verməkdədir.
Ötən il Azərbaycan vətəndaşları üçün baş verən daha bir mühüm hadisə isə Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli fərmanı ilə keçmiş SSRİ dövründən qalan əmanətlərin dəyərinin müəyyən indeksləşmə qaydası ilə ödənilməsinə başlanılması oldu. Bu məqsədlə ötən il əmanətçilərə 500 milyon manat vəsait ödənilmişdir. Nəzərə alsaq ki, qaytarılacaq əmanətlərin məbləği təxminən bir milyard manat hesablanır. Deməli, 2013-cü il ərzində də bu yolla 500 milyon manat vəsait əhalinin ailə büdcəsinə daxil olacaqdır.
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu
İqtisadi dayanıqlığın artırılması və inkişafın təmin edilməsi investisiya mühitindən asılıdır. Qeyd etmək lazımdır ki, ölkədə aparılan investisiya siyasəti uğurlu nəticələrə yol açmış, xarici investisiyalara dövlət təminatı verilmiş, yerli investorların fəaliyyəti stimullaşdırılmış, daxili sərmayənin ölkədə qalması üçün müxtəlif layihələr həyata keçirilmişdir. Nəticədə 2003-cü ildə iqtisadiyyata qoyulan investisiyanın böyük bir qismi enerji sektorunu əhatə etdiyi halda, sonrakı dövrdə bu nisbət qeyri-neft sektorunun xeyrinə dəyişmişdir. İnvestisiya axınının təşviq edilməsində əsas məqsəd iqtisadiyyata xam vəsaitlərin daxil olmasını və istehsalat bazasının genişləndirilməsini, rəqabətqabiliyyətli biznes mühitinin formalaşdırılmasını sürətləndirməkdir.Ümumiyyətlə, investisiya siyasəti Azərbaycan hökumətinin müəyyənləşdirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
2012-ci il də daxil olmaqla ölkə iqtisadiyyatına yönəldilən investisiyanın həcmi 140 milyard manat olmuşdur ki, onun da 89,9 faizi və yaxud 125,9 milyard manatı 2003-2012-ci illərə aiddir. Həmçinin bu dövr ərzində investisiya axınının istiqamətində də ciddi dəyişiklik baş vermişdir. Belə ki, əgər əvvəlki dövrlərdə, yəni 1995-2002-ci illərdə investisiyanın 56,2 faizi və ya 7 milyard manatı neft sektoruna qoyulmuşdusa, sonradan qeyri-neft sektorunun payında ciddi artımlar qeydə alınmışdır.
Sənaye
SSRİ-nin dağılması iqtisadi əlaqələrdə ən çox sənayeyə öz təsirini göstərdi. Bununla yanaşı, sovet sənayesi artıq müasir tələblərə də cavab vermirdi. Belə bir şəraitdə sənayenin canlandırılması üçün ciddi addımların atılması və yeni sənaye sahələrinin yaradılması hökumətin qarşısında duran əsas vəzifə idi.

Ölkəyə xarici investisiya axınının təmini və aparılan ciddi islahatlar nəticəsində qısa müddət ərzində sənayenin şaxələndirilməsi baş verdi. Belə ki, əgər 2003-cü ildə sənayenin ÜDM-də payı 37 faiz idisə, 2012-ci ildə bu göstərici 50 faiz olmuşdur. Xüsusilə, yeyinti və energetika sənayesi sahələri sürətlə inkişaf etmişdir.
Müstəqillik dönəmində müəyyənləşdirilən iqtisadi siyasətdə ölkənin xammal ixracatçısından hazır məhsul ixracatçısına keçirmək kimi prioritet istiqamət nəticədə sənayenin canlanmasına, müasirləşməsinə və diversifikasiyasına səbəb oldu. Əgər 2005-ci ildə ölkədə sənayeyə yönəldilən investisiyanın sadəcə 2,8 faizi və ya 115,8 milyon manatı emal sənayesi təyinatlı olmuşdusa, 2011-ci ildə bu göstərici 15,8 faiz, yaxud 850 milyon manata yüksəlmişdir.
Kənd təsərrüfatı
Tarixən aqrar ölkə kimi xarakterizə edilən Azərbaycanda bu sahə son iki əsrdə iqtisadiyyatın sənaye, tikinti, xidmət, İKT, turizm kimi digər sektorlarının inkişaf etməsi ilə zaman-zaman dəyər ifadədə artsa da, ümumi payda çəkisində nisbi azalma müşahidə edilmişdir. Hazırda bu sektorun payı ÜDM-də 5,2 faizədək azalmışdır. Amma bu, o demək deyil ki, ötən on il ərzində kənd təsərrüfatı inkişaf etməmişdir. Sadəcə digər sektorlarda sürət daha dinamik inkişafdadır. Belə ki, 2003-cü ildə kənd təsərrüfatında yaradılan 876 milyon manatlıq əlavə dəyərin ümumi daxili məhsulda payı 12,3 faiz idisə, analoji göstərici 2011-ci ildə 2736,4 milyon manat və 5,3 faiz, 2012-ci ildə isə 2800,0 milyon manat və 5,2 faiz olmuşdur. Göründüyü kimi, sektorun ölkə ÜDM-dəki xüsusi çəkisi bu müddət ərzində 2,4 dəfə azalmış, yaradılan əlavə dəyər isə 3 dəfədən artıq çoxalmışdır.
Ölkənin iqtisadi fəal əhalisinin 38 faizinin bu sektorun payına düşməsi kənd təsərrüfatının ölkə üçün əhəmiyyətini daha da artırır.
Belə ki, kənd əhalisinin böyük əksəriyyəti kənd təsərrüfatının müxtəlif subsektorlarında çalışır. Hazırda kənd təsərrüfatının bir çox sahələri vergidən azad edilmişdir. Həmçinin hər il bu sektor dövlət büdcəsindən subsidiyalaşdırılır.
Hökumət sektorun dayanıqlığını artırmaq, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə ötən dövr ərzində bir sıra dövlət proqramları qəbul etmişdir. 2004-2008-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilmişdir. Dövlət proqramı çərçivəsində ölkənin regionlarına diqqət artırılmış, əhalinin işsizliyinin azaldılması, məhsuldarlığın artırılması və müasir standartlara cavab verə bilən müəssisələrin, fermer təsərüfatlarının yaradılması istiqamətində işlər görülmüşdür. Hazırda isə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” həyata keçirilməkdədir. Bundan başqa, ölkə Prezidentinin 23 oktyabr 2013-cu il tarixli “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında”sərəncamına əsasən “Aqrolizinq” ASC yaradılmışdır ki, nəticədə bu, qısa müddət ərzində kənd təsərrüfatında innovasiyanın tətbiqini sürətləndirmiş, eyni zamanda sözügedən sektorun məhsuldarlığı və istehsal olunan malların keyfiyyəti müsbətə doğru dəyişmişdir.
Tikinti sektoru
Məlum iqtisadi durğunluğun sona çatması və neft gəlirlərinin ölkəyə daxil olması 2003-cü ildən başlayaraq ölkədə tikinti bumunun yaşanmasına səbəb oldu. Xüsusilə də təxminən 15 il müddətində yeni yaşayış binalarının inşa edilməməsi və illərlə yığılıb qalan əhalinin mənzil tələbatı iqtisadi canlanmadan qaynaqlanaraq bu sektorun sürətlə inkişafına səbəb oldu. Bu sektorda yaradılan əlavə dəyər 2003-cü ilə nisbətən 3,4 milyard manat və yaxud da 5,2 dəfə artaraq 5 milyard manata yüksəlmişdir. Həmçinin 2002-ci ildə hər min nəfərə düşən istifadəyə verilmiş mənzillərin sayı 1, yaşayış sahəsi isə 99 kvadratmetr olmuşdusa, bir il sonra yəni, 2003-cü ildə müvafiq göstərici 1,7 və 163 kvadratmetrədək artmışdı. Bu təxminən bir il ərzində 70 faiz artım demək idi. Hazırda isə hər min nəfərə düşən il ərzində yeni istifadəyə verilmiş yaşayış sahəsi 225 kvadratmetrdir. Bu sektorda baş vermiş inkişaf yeni iş yerlərinin yaranmasına və çalışanların aylıq gəlirlərinin ciddi artımına səbəb olmuşdur. Əgər 2003-cü ildə tikinti sektorunda 52,5 min muzdlu işçinin orta aylıq əmək haqqı 109 manat məbləğində olmuşdursa, ötən 10 il ərzində isə muzdla çalışanların sayı təxminən 55 faiz artaraq 80 min nəfərə, orta aylıq əmək haqqı isə 5,2 dəfə artaraq 574 manata çatmışdır.
Tikinti sektorunu inkişaf etdirən digər bir səbəb isə dağılmış infrastrukturun bərpası məqsədilə dövlətin bu istiqamətə yönlətdiyi vəsaitlərin ilbəil artması idi. Nəticədə bu sahədə fəaliyyət göstərən və ixtisaslaşan firmalar, holdinqlər yaranmağa başladı. Yeni bazar subyektlərinin yaranması bu sahədə rəqabət mühitinin formalaşmasına və innovasiyaya səbəb oldu.
Təbii ki, bu illər ərzində tikinti sahəsinə yönəldilən vəsaitin həcmi də kəskin şəkildə artmışdır. 2003-cü ildə bütün mənbələr hesabına tikintiyə yönəldilən vəsaitlərin həcmi 2,7 milyard manat idisə, analoji göstərici 2012-ci ildə 15,3 milyard manat (6,5 milyard manat dövlət büdcəsindən) və yaxud 5,7 dəfə artmışdır.
Tikinti sektorunun digər xüsusiyyəti isə bu sahəyə uyğun tələbin yalnız ölkə daxilində formalaşması və təklif potensialının daim tələbdən az olmasıdır. Lakin buna baxmayaraq, ölkədə tikinti bumu artıq başa çatmışdır. Hazırda bu sektorda sabitləşmə dövrü yaşanır.
Ticarət
Son illər bu sektorun payı həm ÜDM-də, həm də qeyri-neft sektorunda ciddi şəkildə artır. İqtisadiyyatın keçid dövrünü arxada qoyması və bu sahədə qanunvericiliyin tənzimlənməsi, vəsaitlərin əlçatanlığında müəyyən irəliləyişlərin olması, həmçinin əhalinin mal və xidmətlərə istehlak tələbinin artması, kiçik və orta biznesin inkişafının təşviqi ticarət və xidmət sahəsində sürətli artımı reallaşdırmışdır. Bu sahənin inkişafına təkan verən digər mühüm amil isə qoyulan kapital məqsədli vəsaitlərin qısa müddət ərzində realizə edilməsi və riskin az olmasıdır ki, bu da indiki şəraitdə ticarət və xidmət sektorunda inkişafa səbəb olmuşdur.
Son illər bu sahə bir çox parametrlərinə görə sürətlə dəyişir. Çünki SSRİ dövründə azad bazar münasibətlərinin olmaması və rəqabət imkanlarının məhdudluğu ticarət və sosial xidmətlərin çox aşağı səviyyədə olmasının əsas səbəb idi. Lakin müstəqillik illərində azad bazar münasibətlərinə əsaslanan yeni iqtisadi sistemə keçid ilk öncə bu sahədə olan boşluqları üzə cıxardı. Həmçinin geniş şəkildə işsizliyin yayılması və daha asan gəlir əldəetmə instinkti insanların böyük bir qisminin bu sahədə fəaliyyət göstərməsini şərtləndirdi. Beləliklə, Azərbaycanda ilk dəfə ticarət və xidmət sektorunda rəqabət mühiti formalaşdı. Nəticədə bu sahələrin Azərbaycan iqtisadiyyatındakı xüsusi çəkisi artmağa başladı. Belə ki, əgər 2007-ci ildə ticarətin ÜDM-də payı 5 faiz idisə, ötən illər ərzində bu göstərici 7 faizədək yüksəlmişdir. 2012-ci ildə qeyri-neft ÜDM-də çəkisi 12,8 faiz olan bu sektorda çalışan muzdlu işçilərin sayı ölkə üzrə 19,4 faizə qədər artmışdır. Həmçinin əsas kapitala yönəldilən investisiyanın xüsusi çəkisində artım hiss edilməkdədir. Təkcə 2012-ci ildə bu sahəyə yönəldilən investisiyanın həcmi 540,8 milyon manat və yaxud ölkə üzrə 3,5 faiz olmuşdur ki, bu da 2011-ci illə müqayisədə təxminən 73 faiz artıqdır.
Hazırda ölkənin iqtisadi məşğul əhalisinin təxminən 15 faiz və ya 670 min nəfəri ticarət sektorunun payına düşür.
Nəqliyyat
2003-cü ildən etibarən dövlət qoyuluşlarının əsas hissəsi bu istiqamətə yönəldilmiş, nəticədə ölkə əhəmiyyətli və regional avtomobil yollarının, dəmir yolu xətlərinin təmiri və yeni xətlərin çəkilməsi, dəniz daşımalarının reallaşdırılması məqsədilə yeni su nəqliyyatının təmin edilməsi, strateji əhəmiyyətli və daxili tələbdən irəli gələn boru kəmərlərinin inşası, yeni aeroportların istifadəyə verilməsi və texniki bazanın gücləndirilməsi məqsədilə bir çox işlər görülmüş və bu proses hazırda da davam etməkdədir. 2012-ci il daxil olmaqla bu istiqamətdə əsas kapitala yönəldilən xarici və daxili investisiyaların həcmi ümumilikdə 14,1 milyard manat təşkil etmişdir ki, bu da ölkə üzrə investisiya qoyuluşlarında neft sektorundan sonra ikinci paya malik olması deməkdir. Yalnız 2012-ci ildə qoyulan investisiyaların həcmi 2,6 milyard manat olmaqla ümumi investisiyaların tərkibində xüsusi çəkisi 16,9 faizə bərabər olmuşdur. Həmçinin bu sektorun 2012-ci ildə ÜDM-də ümumi payı 2,9 milyard manat və yaxud da 5,5 faizə çatmışdır. Analoji göstəricinin 1998-ci ildə 324 milyon manat olduğunu nəzərə alsaq, ötən 15 il ərzində nəqliyyat sektorunda artımın təxminən 9 dəfə reallaşmasını görə bilərik. Ölkədə məşğul əhalinin təxminən 8 faizi bu sektorun payına düşür.
Rabitə və telekommunikasiya
Rabitə və telekommunikasiya müasir iqtisadiyyatın ən sürətli inkişaf edən və dəyişən istiqamətlərindən biridir. Məhz bu prizmadan yanaşdıqda ölkəmizdə son dövrlərdə bu sahənin inkişafına diqqətin artırılmasını başa düşmək olar. Belə ki, sektorda fəaliyyətin hüquqi istiqamətlərini müəyyən edən “Elektron ticarət haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya azadlığı haqqında”, “Post rabitəsi haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Elektron imza və elektron sənəd haqqında” və s. qanunlar qəbul edilmişdir. Digər tərəfdən isə dövlət bir sıra, məsələn, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının müasir tələblərə üyğun olaraq inkişafını təmin etmək məqsədilə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” kimi inkişaf proqramları həyata keçirməklə sektorun həm inkişafına, həm də artımına təkan vermişdir.
1995-ci ildən Azərbaycanda internet istifadəyə verilmişdir. Ötən müddət ərzində həyata keçirilən dövlət proqramlarının təsirilə internet istifadəçilərinin sayında ciddi dəyişiklik baş vermişdir. Belə ki, əgər 1995-ci ildə 2 faiz, 2006-cı ildə 10 faiz əhali internetdən istifadə edirdisə, bu göstərici 2011-ci ildə 65 faizə yüksəlmişdir.
Ötən illər ərzində rabitə sektorunda da ciddi irəliləyişlər baş vermişdir. 1994-cü ildə ölkədə cəmi 2000 mobil telefon istifadəçisi olduğu halda, 2011-ci ildə hər 100 nəfərə düşən mobil telefonların sayı 104 olmuşdur. Bundan başqa, 2006-cı ilə nisbətən 2011-ci ildə rabitə sektorunda istehsal olunmuş məhsul və xidmətlərin həcmi təxminən 2 dəfə artaraq 1,15 milyard manata çatmışdır.
2013-cü ilin fevralında Azərbaycan ilk süni peykini səmaya buraxmaqla rabitə və telekommunikasiya sahəsində daha bir uğurlu addım atdı. Süni peykin imkanlarının 20 faizi ölkənin tələbatına yönləndiriləcək, qalan 80 faiz isə kommersiya məqsədi ilə istifadə ediləcək. Nəticədə peykin xidmətlərindən istifadə edərək ölkəmizin hər il 650 milyon manat gəlir əldə edəcəyi təxmin edilir. Digər tərəfdən isə peykin istifadəyə verilməsi mobil rabitə və internet xidmətlərinin keyfiyyətinin yüksəlməsinə və tariflərin azalmasına şərait yaradacaq.
Turizm
Turizm sektoru müasir iqtisadiyatın ən vacib sahələrindən hesab edilir. Məhz bu məqsədlə hökumət sektora xüsusi diqqət ayırır. Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005- ci illər üçün Dövlət Proqramı” və hazırda da icrası davam etdirilən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı”, 2011-ci ilin turizm ili elan edilməsi bu sektorun inkişafını şərtləndirmiş, rəqabət mühitinin yaradılması, infrastrukturun müasirləşdirilməsi, turist axınının təmin edilməsi və ən başlıcası, sektorun dinamikliyinin fəsillərdən asılılığının azaldılması istiqamətində uğurlu nəticələrə səbəb olmuşdur. 2012-ci ildə ölkədə ilk dəfə olaraq “Şahdağ qış-yay turizm kompleksi”nin istifadəyə verilməsi qış mövsümündə 50 mindən artıq yerli və xarici turistin axınına səbəb olub.
Həyata keçirilən turizm siyasəti nəticəsində ötən on ildə turist şirkətlərinin sayı 10 dəfədən çox artaraq 200-ə, mehmanxanaların sayı 5 dəfədən çox artaraq 506-ya, sektorda çalışan işçilərin sayı isə təxminən 3 dəfə artıb. Nəticədə bu müddət ərzində ölkəyə bir ildə gələn turistlərin sayı bir milyon nəfərdən 2,48 milyon nəfərə yüksəlib. Həmçinin sektorun ÜDM-dəki payı 2 dəfə artıb. Turizm sektorunun özünəxas xüsusiyyətlərindən biri olan milli iqtisadiyyata xarici mənşəli pul axınında da ciddi sıçrayış baş verib. Məsələn, 2003-cü ildə turistlərin ölkədə xərclədiyi vəsait 57 milyon ABŞ dolları idisə, 2011-ci ildə bu rəqəm təxminən 22 dəfə artaraq 1,2 milyard dollara çatıb.
Ölkənin valyuta ehtiyatları
İqtisadiyyatın maliyyə dayanıqlığı və xarici sərmayənin ölkəyə cəlb edilməsi baxımından dövlətin valyuta ehtiyatlarının həcmi ciddi əhəmiyətə malikdir. Məhz bu səbəbdəndir ki, Azərbaycan hökuməti valyuta ehtiyatlarının artırılması siyasətinin davamlılığını təmin etmişdir. Nəticədə Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 2003-cü ildə 1,6 milyard ABŞ dolları olduğu halda, ötən illər ərzində təxminən 30 dəfə artaraq 2013-cü ildə 47,5 milyard ABŞ dollarına çatmışdır. Hazırda ölkənin strateji valyuta ehtiyatları ÜDM -in 70 faizinə bərabərdir. Halbuki 2003-cü ildə müvafiq göstərici cəmi 22 faiz idi. Həmçinin qeyd etmək lazımdır ki, ölkəmizin valyuta ehtiyatları onun xarici borcundan 8 dəfə çoxdur.
Strateji valyuta ehtiyatının 12,3 milyard ABŞ dolları və yaxud 25,5 faizi Mərkəzi Banka, digər 74,5 faizi və ya 34,8 milyard ABŞ dolları isə Neft Fonduna məxsusdur. Hazırda ölkənin valyuta ehtiyatları 3 illik mal və xidmətlərin idxalına imkan verəcək qədərdir.
Strateji valyuta ehtiyatı nə qədər çox olarsa, əlbəttə, ölkəmizin maliyyə dayanıqlığı və xarici investisiyaların cəlb edilməsində etibarlı tərəfdaş statusu güclənir. Həmçinin ölkəmizin müharibə şəraitində olması valyuta ehtiyatlarının əhəmiyyətini artırır.
Valyuta ehtiyatlarının artım dinamikasına diqqət etdikdə görmək olar ki, 2011-2012-ci illərdə neft hasilatının azalmasına baxmayaraq, bu sahədə artım davam etmişdir. Bu isə onu deməyə əsas verir ki, zaman keçdikcə ölkəmiz öz maliyyə-kredit siyasətinin həyata keçirilməsində daha çox təcrübə qazanır.
Cədvəldən göründüyü kimi, Azərbaycan dövlət ehtiyatlarının ÜDM-də payına görə, MDB-də ən yaxşı göstəriciyə malikdir. Bu isə ölkə iqtisadiyyatı üçün həmçinin sığorta yastığı rolunu oynayır.
Hazırda Azərbaycanın xarici borclarının məbləği 4,5 milyard dollardır. Bu isə ÜDM-in 7,1 faizi deməkdir.
Diaqramdan göründüyü kimi, bu göstərici üzrə MDB-də heç bir ölkə Azərbaycan ilə rəqabətə girmir. Azərbaycanda xarici borcların ÜDM-də payının az olması ölkənin iqtisadi təhlükəsizliyi baxımdan olduqca əhəmiyyətli məqamdır.
Ölkənin maliyyə imkanlarının genişlənməsi və strateji valyuta ehtiyatlarının həcminin artması beynəlxalq kredit reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Nəticədə 2012-ci ildə “Standard and Poors” beynəlxalq reytinq agentliyi ölkəmiz üçün uzunmüddətli müstəqil kredit reytinqini “BBB-” olaraq müəyyən etmiş, reytinq üzrə proqnozunu isə “sabit” olaraq dəyərləndirmişdir. “Moody’s” Azərbaycanın uzunmüddətli kredit reytinqini “Ba1”-dən “Baa3” səviyyəsinə qədər yüksəltmişdir. Reytinq üzrə proqnoz isə “sabit” olaraq müəyyənləşdirilmişdir. “Fitch Ratings” Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren reytinqini “BBB-” səviyyəsində təsdiq etmiş və reytinq proqnozunu “sabit” qiymətləndirmişdir. Göründüyü kimi, hazırkı reytinq qiymətləndirmələrində Azərbaycan investisiya mühiti normal olan və həmçinin maliyyə dayanıqlığı yüksək qiymətləndirilən ölkə olaraq səciyyələndirilir. Həmçinin bu reytinq dərəcələri xarici investorların ölkəyə çağırışı kimi də qiymətləndirilə bilər.
Ümumilikdə isə son on ildə hökumət müəyyən etdiyi iqtisadi hədəflərə doğru uğurlu yol qət etmişdir. Ölkənin rəqabətliliyi gücləndirilmiş, yoxsulluq 45 faizdən 5,2 faizədək azaldılmış, faktiki işsizlik səviyyəsi 6 faizə enmiş, ÜDM-in həcmi 7 dəfə, əhalinin gəlirləri 6 dəfə, xarici ticarət dövriyəsi 6,4 dəfə, strateji valyuta ehtiyatları 30 dəfə, dövlət büdcəsi 15 dəfə artmış, iqtisadiyyata yönəldilən daxili və xarici investisiyanın həcmi müstəqillik dönəmində baş vermiş ümumi qoyuluşların 89 faizinə bərabər olmuşdur. Neft sektorundan əldə edilən gəlirlərin səmərəli və məqsədli istifadəsi təmin edilmişdir.
Bir sözlə, ötən on il ərzində ölkə iqtisadiyyatının inkişaf etdirilməsi məqsədilə kompleks yanaşma ortaya qoyulmuş, Azərbaycan iqtisadiyyatı üzünmüddətli depresiya dövründən sonra ciddi inkişaf yolu keçmişdir.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri,
iqtisad elmləri namizədi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.