ARDNŞ-AQŞ Azərbaycan qazma sənayesinə unikal yenilik gətirdi

 

350 saylı quyunun tikintisi işlərinə yeni quraşdırılmış “TopDrive” qurğusu ilə start verildi.

ARDNŞ-AQŞ “Günəşli” yatağının dayazsulu hissəsində DDSÖ 13-dən 350 saylı horizontal quyunun tikintisi işlərinə başlayıb. Onun fasilə lay dəstəsinə (FLD) qazılan quyular silsiləsindən biri olaraq layihə dərinliyi 3450 metr təşkil edir. Quyunun tikinti işlərinə başlanması Azərbaycan qazma sənayesi tarixində unikal hadisə ilə yadda qalacaq. Belə ki, ilk dəfə olaraq Xəzər dənizinin “Günəşli” yatağının dayazsulu hissəsində, “Uralmaş 6000 PEM’’ qazma qurğusunun portal tipli qülləsində ən müasir qazma avadanlığı olan yuxarı intiqallı qurğu- “TopDrive” quraşdırılıb. Adıçəkilən qurğu vasitəsi ilə ARDNŞ-AQŞ ilk milli müəssisə olaraq horizontal quyuların qazılması istiqamətində öz gücünü sınayacaq. Belə quyuların qazılmasının özunəməxsus üstünlükləri var. Horizontal qazma vasitəsilə dənizdəki məhdud sayda quyudan yenidən səmərəli istifadə edilir, debitin dəfələrlə artması hesabına quyu tikintisinin ümumi səmərəliyi artır.

Qazma işlərinə başlamazdan əvvəl 13 saylı özüldə bir sıra rekonstruksiya işləri də aparılıb. Ən müasir havatəmizləyici sistem quraşdırılıb, çirkab suların drenaj sistemi bərpa olunub, məhlulun dövran sistemi yeni və daha müasir avadanlıqlarla əvəz edilib və platformadakı güc sistemi tam yenilənib. Həmçinin ARDNŞ-AQŞ öz təcrübəsində ilk dəfə olaraq neft əsaslı məhluldan da istifadə edilməsini məhz 350 saylı quyunun qazma işlərində sınaqdan keçirəcək. Bu məhlul quyunun təmizlənməsi və qazma sürətinin artmasına əhəmiyyətli dərəcədə öz tövhəsini verəcək.

Baş direktorun əməliyyatlar üzrə müavini Eldar Yaradanquliyev müəssisənin həyata keçirdiyi işlərə münasibət bildiriərək qeyd edir ki, portal tipli qüllədə “TopDrive” avadanlığının quraşdırılması uzun illər mübahisə mövzusu olub. Məhz 20 sentyabr Neftçilərin peşə bayramına töhvə olaraq ARDNŞ-AQŞ unikal yeniliyə imza atdı. Bununla biz Azərbaycan neftçilərinin şanlı tarixinə yeni bir səhifə yazdıq. Bizim bu cəsarətli addımımız bir çox tərəfdaşları ruhlandıraraq Xəzər dənizinin karbohidrogen ehtiyatlarının daha səmərəli istismarına yol açacaq’’.

Sənubər NƏZƏROVA,

ARDNŞ-AQŞ İnteqrə Olunmuş Qazma və Quyu Xidmətləri müəssisəsinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında