Nazirlər Kabinetində 2014-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilmişdir

 

 

 

Sentyabrın 20-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin sədrliyi ilə 2014-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclası giriş sözü ilə açan Baş nazir Artur Rasizadə dövlət büdcəsi layihəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunmuş nailiyyətlər və dünya iqtisadiyyatında müşahidə olunan meyllər nəzərə alınmaqla tərtib edildiyini vurğulamışdır. Layihə hazırlanarkən xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkəmizin müdafiə qüdrətinin artırılması, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə dövlət büdcəsinin sosial və investisiya yönümlü olması məsələlərinə xüsusi diqqət yetirilmişdir.

Büdcə layihəsi ətrafında geniş müzakirələrdən sonra “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə müvafiq qərar qəbul olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında