Mərkəzi Bankda “Ödəniş xidmətləri haqqında” qanun layihəsinin təqdimatı olmuşdur

 

Azərbaycan Respublikasının Mərkəzi Bankında ölkədə nağdsız hesablaşmaların inkişafı, bütün ödəniş xidməti təchizatçılarının fəaliyyətinin və elektron pulun emissiyasının hüquqi bazasının yaradılması, ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması məqsədi ilə hazırlanmış “Ödəniş xidmətləri haqqında” qanun layihəsinin bank ictimaiyyəti ilə geniş müzakirəsi təşkil edilmişdir.

Mərkəzi Bankın kommunikasiya departamentindən AzərTAc-a bildirmişlər ki, müzakirələr zamanı qanun layihəsinin məqsəd və predmeti, ödəniş xidməti təchizatçıları və ödəniş xidmətləri növlərinin təsnifatı, ödəniş xidməti təchizatçılarının və ödəniş xidməti istifadəçilərinin qarşılıqlı hüquq və vəzifələri, istifadəçilərin vəsaitlərinin təhlükəsizliyinin təmin olunması haqqında məlumat verilmiş və bu sahədə mövcud beynəlxalq təcrübə açıqlanmışdır. Həmçinin layihə ilə bağlı bank nümayəndələrini maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, onların çoxsaylı sualları cavablandırılmışdır.

Mərkəzi Bank tərəfindən hazırlanmış qanun layihəsi ölkədə nağdsız hesablaşmaların və ödəniş xidməti bazarının inkişafı baxımından pərakəndə ödənişlərin nağdsız dövriyyəyə cəlb olunması, ödəniş xidməti bazarında rəqabət mühitinin gücləndirilməsi, üçüncü tərəfin xeyrinə ödənişləri nağd formada qəbul edən təşkilatların və pul köçürmə sistemlərinin fəaliyyətinin tənzimlənməsi, elektron pul və birbaşa debetləşmə kimi yeni ödəniş alətlərinin tətbiqi, habelə ödəniş xidmətləri üzrə tərəflərin hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Beynəlxalq təcrübənin təhlili əsasında hazırlanan qanun layihəsinin qəbul olunması ödəniş xidmətlərinin daha effektiv və təhlükəsiz formada təqdim edilməsini, ölkə üzrə maliyyə xidmətlərinə geniş çıxış imkanını, ödəniş xidmətləri üzrə məlumat şəffaflığını təmin edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında