“Dünya Ticarət Təşkilatına giriş: Azərbaycan şirkətləri üçün üstünlüklər və nöqsanlar” mövzusunda görüş keçirilmişdir

 

Sentyabrın 18-də “Grand Hotel Europa”da Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzv şirkətləri nümayəndələrinin Azərbaycan Respublikası xarici işlər nazirinin müavini  Mahmud Məmmədquliyev ilə görüşü keçirilmişdir.    

AzərTAc xəbər verir ki, “Dünya Ticarət Təşkilatına (DTT) giriş: Azərbaycan şirkətləri üçün üstünlüklər və nöqsanlar” mövzusunun müzakirə olunduğu  görüşdə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) icraçı direktoru Telman Əliyev CEIBC haqqında məlumat vermişdir. Bildirmişdir ki, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu 2002-ci ilin iyun ayında regionda fəaliyyət göstərən iri neft-qaz şirkətləri və “Caspian Energy International Media Group”  tərəfindən yaradılmışdır.

Diqqətə çatdırılmışdır ki, klubun əsas məqsədlərindən biri dövlət və biznes arasında ünsiyyət yaratmaq, kiçik və orta sahibkarlığı inkişaf etdirmək,  neft sektorundan əldə edilən gəlirləri qeyri-neft sektoruna cəlb etmək, innovativ layihələr həyata keçirmək və informasiya dəstəyi göstərməkdir.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev DTT ilə əlaqədar işgüzar dairələrlə görüşlərin vacibliyindən danışmışdır.

Bildirmişdir ki, Azərbaycan  bu təşkilata qəbul olunması üçün 1997-ci ildə müraciət etmişdir və həmin il DTT çərçivəsində  işçi qrupu yaradılmışdır. 1999-cu ildə  Azərbaycan ölkədə mövcud olan xarici ticarət rejimi haqında ilk sənədini DTT-yə təqdim etmişdir. 2002-ci ildə İsveçrənin Cenevrə şəhərində işçi qrupunun birinci iclası keçirilmişdir. 2004-cü ildə Azərbaycan digər  lazımi sənədlərin hamısını bu təşkilata təqdim etmişdir. Bundan sonra həm işçi qrupunun iclasları, həm də ikitərəfli və çoxtərəfli danışıqlar başlamışdır.

Nazir müavini qeyd etmişdir ki, bu il oktyabrın sonu - noyabrın əvvəlində işçi qrupunun Cenevrədə Azərbaycanın DTT-yə üzvlüyü ilə bağlı növbəti iclası keçiriləcəkdir. İclasda kənd təsərrüfatına, eləcə də ikitərəfli münasibətlərə dair digər məsələlər müzakirə olunacaqdır. Artıq toplantıya hazırlıq çərçivəsində bütün lazımi sənədlər DTT-yə  təqdim edilmişdir.

 M.Məmmədquliyev, həmçinin bildirmişdir ki,  Azərbaycan nümayəndə heyəti DTT-yə üzvlüklə bağlı ABŞ, Avropa İttifaqı və bir sıra digər ölkələrlə ikitərəfli görüşlər keçirəcəkdir.

Tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevə Xəzər-Avropa İnteqrasiya İşguzar Klubunun  fəxri üzvü sertifİkatı təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında