Fransa-Qafqaz Dostluq qrupunun üzvü: “Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşıdır”

 

Jan Mari Bokel: “Azərbaycan Avropa Birliyinin

enerji təhlükəsizliyində mürəkkəb geosiyasi

mühitdə aparıcı rol oynayıb”

“Müstəqilliyinə qovuşduğundan 20 ildən artıq bir dövrdə Azərbaycan, xüsusilə də, iki məsələdə diqqətə layiq nəticələr əldə edib. Hər şeydən əvvəl, iqtisadi inkişaf tempi ölkəni müasirləşdirməyə imkan verib və onun əhalisinin yaşayış standartlarının keyfiyyəti artıb.

 2005-2007-ci illər arasında dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı kimi, iqtisadi artım 25-35 faiz təşkil edib. 1990-cı illərin sonunda yoxsulluq həddi 45 faiz təşkil etdiyi halda, 2011-ci ildə bu rəqəm 7,6 faiz olub. Neft-qaz sektorunun, aqrar və tikinti sənayesi kimi qeyri-enerji sektorunun inkişafı ilə Azərbaycan Fransa sərmayəçilərinin diqqətini cəlb edib. Bundan əlavə, Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşına çevrilib. Eləcə də, Fransa Böyük Britaniyadan sonra Azərbaycana birbaşa sərmayə qoyan ikinci böyük xarici sərmayədardır”.

 Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, bunu Fransa Senatının, parlamentin Enerji tədqiqat qrupu və Fransa-Qafqaz Dostluq qrupunun üzvü Jan Mari Bokel Cənubi Qafqaz regionunda Azərbaycanın geostrateji əhəmiyyətinə dair açıqlamasında bəyan etmişdir.

J. M. Bokel diqqətə layiq ikinci məsələ kimi Azərbaycanın regional təhlükəsizlik üçün əhəmiyyətini qeyd edib: “Qonşu Rusiya və İrandan tam müstəqil şəkildə həyata keçirdiyi öz cürətli xarici siyasəti ilə Azərbaycan Qərbə tamamilə açıq olub və Avropa Birliyinin enerji təhlükəsizliyində mürəkkəb geosiyasi mühitdə aparıcı rol oynayıb.

Azərbaycan, eləcə də, Əfqanıstana NATO qoşunlarının çıxarılmasında da qabaqcıl rol oynayanlar sırasında olub. Bakı dialoq üçün regional platformaya çevrilib, bütün Avrasiya boyunca onun bu mövqeyi alqışlanıb”.

Fransalı deputat Azərbaycanın bu müsbət inkişafa ərazisinin təxminən 20 faizinin hələ də qonşu Ermənistanın işğalı altında qaldığı bir şəraitdə nail olduğuna diqqət çəkib: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Əminəm ki, Fransa və Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələrin dinamikasını bundan sonra da gücləndirəcək”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında