Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 5 milyard dollara çatdırılmalıdır

Ölkəmizdə səfərdə olan Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan müsahibəsində bildirmişdir ki, səfərin məqsədi Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafını, eləcə də bölgədə olduğu kimi, dünyanın hər bir yerində iş adamlarımızın birlikdə digər ölkələrdə iş qura bilmələri üçün birgə fəaliyyət göstərmələrini təmin etməkdir.
Nazir qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət-iki dövlət olmağın bizə verdiyi məsuliyyət hissi ilə dünyanın digər bölgələrində iqtisadi sahədə əməkdaşlıq etmək və Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərini iqtisadi və ticari əlaqələrlə daha da zənginləşdirmək, inkişaf etdirmək niyyətindəyik.
İki ölkə arasında xarici ticarət dövriyyəsinin 2 milyard dollar həcmində olduğunu bildirən dövlət naziri, bunun kifayət etmədiyini və qısa vaxt ərzində 5 milyard dollara çatdırılmasının zəruriliyini bildirmişdir.
Z.Çağlayan qeyd etmişdir ki, ötən il sonuncu səfərindən bəri Bakı sürətlə inkişaf etmişdir. Mən mühəndisəm, inşaat və şəhərsalma işlərinə yaxından bələdəm. Bakını görəndə həqiqətən heyran qaldım. Ötən bir il içində küçələr, yollar yüksək səviyyədə təmir edilmiş, gözəl, müasir binalar tikilmişdir. Bu gün Bakı dünyanın ən modern şəhərlərindən daha modern bir şəhərə çevrilmişdir. Mən bundan çox məmnunam, çünki bura mənim də vətənimdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs nəticəsində Azərbaycanın və onun iqtisadiyyatının inkişafından, qardaş xalqın rifah halının yüksəlməsindən son dərəcə məmnunam. Buna görə Azərbaycan Prezidentinə minnətdaram. Mən ən azı azərbaycanlı qardaşlarım qədər buna sevinirəm. Gedəcəyim bütün yerlərdə Bakıda gördüyüm bu inkişafdan bəhs edəcəyəm.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında