Vahid post-ticarət institutunun yaradılması prosesinə start verilmişdir

 

Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında qiymətli kağızlar bazarının institusional inkişafı istiqamətində nəzərdə tutulmuş tədbirlərdən biri vahid post-ticarət institutunun yaradılmasıdır.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin  (QKDK) ictimaiyyətlə əlaqələr sektorunun yaydığı məlumatda bildirilir ki, komitədə Dünya Bankının “Kapital Bazarlarının Modernləşdirilməsi Layihəsi” çərçivəsində beynəlxalq ekspertizadan yararlanaraq dövlət və korporativ qiymətli kağızların vahid depozitar sisteminin yaradılması və qiymətli kağızlarla klirinq-hesablaşma proseslərinin sadələşdirilməsi və optimallaşdırılması istiqamətində tədbirlər planı hazırlanmışdır. Bu tədbirlər qiymətli kağızlar bazarının post-ticarət infrastrukturunun tam inteqrasiya edilərək avtomatlaşdırılması, qiymətli kağızlarla əməliyyatların səmərəliliyinin artırılması, post-ticarət sistemlərinin dayanıqlığının təmin edilməsi və sistem risklərinin minimuma endirilməsini təmin edəcəkdir.

Tədbirlər planının icrası istiqamətində ilkin addım olaraq dövlət qiymətli kağızlarının depozitar funksiyası, eləcə də qiymətli kağızlarla əməliyyatların klirinq və hesablaşma funksiyalarının Bakı Fond Birjasından (BFB)  Milli Depozit Mərkəzinə (MDM)  keçidinə cari ilin sentyabr ayından start verilmişdir.

Məlumatda qeyd olunur ki, QKDK tərəfindən 22 avqust 2013-cü il tarixində “Milli Depozit Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə klirinq fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıq (lisenziya) verilmiş və qiymətli kağızlar üzrə klirinq və hesablaşmaların həyata keçirilməsi, eləcə də dövlət qiymətli kağızlarının saxlanılmasının Bakı Fond Birjasından Milli Depozit Mərkəzinə ötürülməsi istiqamətində hüquqi, texniki və təşkilati tədbirlər tamamlanmışdır.

Samirə ƏLİYEVA,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında