PAŞA Bank maliyyə imkanlarını artırır

 

 

Paytaxtın  “Four Seasons” otelində Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın 2013-cü ilin ilk 6 ayı üzrə  maliyyə  nəticələrinə  həsr olunmuş mətbuat konfransı keçirilmişdir. İdarə Heyətinin sədri Fərid Axundov PAŞA Bankın  2012-2014-cü illərin strategiyasının əsas istiqamətləri, 2013-cü ilin birinci yarımilinin nəticələri və ümumiləşdirilmiş maliyyə göstəricilərini təqdim edərək  demişdir ki, ölkəmizin aparıcı korporativ bankına çevrilmək, tam funksional fərdi bank xidmətləri imkanı yaratmaq, təşkilatın biznes fəlsəfəsi ilə uyğunlaşdırılmış daxili mədəniyyət qurmaq, korporotiv idarəetmə sistemini gücləndirmək istiqamətində fəaliyyətimiz getdikcə güclənir. 

F. Axundov məruzəsində  göstərmişdir ki, 2013-cü ilin ilk 6 ayında  uğurlu  göstəricilər əldə etmişik.Başlıca prioritetimiz institusional inkişaf olaraq qalır. Korporativ idarəetmə sisteminin daha da gücləndirilməsi vacib istiqamətlərdən biridir. Qeyri-neft sektoru bankın xidmət göstərdiyi əsas iqtisadi seqmentdir. Özəl sektor bankın müştəri bazasının əsasını təşkil edir. Kiçik və orta sahibkarlıq sektoru  strateji  istiqamət olaraq  qalır. Xarici ekspansiya artıq reallıqdır. 2013-cü ildə bank maliyyə cəhətdən daha da güclənmişdir. Beynəlxalq reytinqlərdə aparıcı yerləri tutmaqda davam edir. Maliyyə bazarında proaktiv mövqeyini qoruyub saxlayır.

Konfransda  İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı  Şahin  Məmmədov, idarə heyətinin üzvü,  baş investisiya  inzibatçısı Taleh  Kazımov  və   Ernst & Young  şirkətinin  Azərbaycan  üzrə  məsləhət  xidmətlərinin  rəhbəri  Fərhad  Quliyev çıxış etmişlər.

 Qeyd  olunmuşdur ki, maliyyə riskləri ilə yanaşı iqtisadi durumun stabilləşməsi proseslərinin çətinliyinə baxmayaraq, Azərbaycan Respublikasında  bank sektoru üzrə  2013-cü ilin ilk 6 ayı ərzində 10 faizə kimi artım müşahidə edilir. PAŞA Bank korporativ müəssisə kimi güclənmək və beynəlxalq əlaqəli korporativ müştərilərə , kiçik və orta sahibkarlara daha çox xidmətlər göstərməyi nəzərdə tutan 2012-2014-cü illər üzrə strateji dövrünün ilk yarısını uğurla başa vurmuşdur. Bank 193,727 min AZN (246,943 min ABŞ dolları) malik olan cəmi kapital göstəricisinə görə ən iri kommersiya banklarından biri kimi mövqeyini qoruyub saxlaya bilmişdir.

2013-cü ilin birinci yarısında bankın aktivlərinin ümumi məbləği 659,570 min AZN (840,752 min ABŞ dolları) olmuşdur ki, bu da müştəri hesablarında fəaliyyətin zəif olması səbəbi ilə 2012-ci il (721,075 min AZN / 919,152 min ABŞ dolları) ilə müqayisədə 9 faiz azalma deməkdir.Həmin müddətdə bankın aktivlərinin strukturu: müştərilərə verilmiş kreditlər - 48 faiz; qiymətli kağızlar portfeli - 35 faiz; nağd pul və nağd pul ekvivalentləri - 11 faiz; kredit təşkilatlarına verilən vəsaitlər - 2 faiz və digərləri dövriyyə və qeyri-dövriyyə aktivlərinə aiddir (4 faiz) təşkil etmişdir.

Bank ümumi kredit portfelini 17 faiz, yəni 331,690 min AZN-ə (422, 804 min ABŞ dolları) kimi artırmaqla  yüksək  kredit gücü yaratmışdır. Müqayisə üçün deyək ki, 2012-ci ilin sonunda bu göstərici 282, 837 min AZN (360, 532 min ABŞ dolları) təşkil etmişdi. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 4,9 faiz (2012-ci ildə - 3,1 faiz) olmuşdur.

 İnkişafa doğru gedən bazarda davamlı qalaraq və müştərilərə xidmət göstərərək bank hazırda son bir neçə il ərzində inkişaf etdirdiyi əlaqələrdən yararlanır. Nəticədə  müştəri bazasında 360, 838 min AZN (459, 959 min ABŞ dolları) balans ilə güclü inkişafa nail olmuşdur. Qeyd olunan müştəri balansları əsas tələb olunan və müddətli hesablarda müvafiq olaraq 66 faiz və 34 faiz nisbətində cəmlənmişdir. (2012-ci il üçün müvafiq olaraq 58 faiz və 42 faiz).

  Bankın 2013-cü ilin  birinci  6 ayı ərzində xalis mənfəəti 5, 490 min AZN-dən (6,999 min ABŞ dolları) ibarətdir.  Bu isə  2012-ci ilin (5,472 min AZN / 6,975 min ABŞ dolları) analoji dövrü ilə müqayisədə demək olar ki, eynidir. Bankın mənfəət vergisi xərcindən əvvəl mənfəəti 7,999 min AZN (10,196 min ABŞ dolları) təşkil etmişdir, bu da əvvəlki  illə müqayisədə 12 faiz artım deməkdir. 2013-cü ilin  6 ayı üzrə ümumi əməliyyat gəliri 25,950 min AZN (33,078 min ABŞ dolları) olmuşdur. Bu isə  2012-ci ildə əldə olunmuş 19,802 min AZN (25, 242 min ABŞ dolları) ilə müqayisədə 31 faiz artım olmasını göstərir.

 Bankın faiz gəliri 21 faiz artaraq 27,647 min AZN (35, 242 min ABŞ dolları) təşkil etdiyi halda, qeyri-faiz gəliri 19 faiz artaraq 4, 613 min AZN (5,880 min ABŞ dolları) məbləğinə çatmışdır.

Cari ilin  birinci 6 ayı ərzində bank ilk dəfə olaraq dörd  xarici bankla dəyəri 23,947 min AZN (30,525 min ABŞ dolları) məbləğində ticarətlə bağlı sindikatlaşdırılmış kredit cəlb etmişdir.

  Konfransın  sonunda bankın idarə heyətinin üzvləri tərəfindən jurnalistləri maraqlandıran suallara  ətraflı  cavablar verilmişdir.

 

Afət  SADIQOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında