Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin məlumatı

 

Sentyabrın 9-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İsrail Gömrük Direktorluğunun Gömrük  sərhəd keçid məntəqələri üzrə direktor müavini Avraham Hadadı və ekspertlər- Alon Tassa, Omer Dinur və Gal Orpazı qəbul etmişdir.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanla İsrail arasında təşəkkül tapmış qarşılıqlı, faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə etmiş, əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirmişdir.

DGK sədri Aydın Əliyev iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan söhbət açmış, bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirmiş, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs etmiş,  əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkmişdir.

Azərbaycan Gömrük Xidmətinin İsrailin Gömrük Direktorluğu ilə təcrübə mübadiləsini, qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran komitə sədri bu baxımdan ötən il tərəflər arasında imzalanmış sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verdiyini və tərəflərin inteqrasiyasını sürətləndirdiyini bildirmişdir.

Respublikamızda son illər aparılan iqtisadi islahatların müsbət nəticələr verdiyini konkret faktlarla diqqətə çatdıran komitə sədri Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna da qısa nəzər salmış, büdcə gəlirlərinin formalaşmasında, iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışmış, informasiya texnologiyalarının tətbiqi, qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən  İsrail Gömrük Direktorluğunun Gömrük  sərhəd keçid məntəqələri üzrə direktor müavini Avraham Hadad respublikamızda olmaqdan məmnunluğunu ifadə etmiş, Azərbaycan haqqında böyük təəssüratlar əldə etdiyini söyləyərək, həqiqətən ölkəmizdə iqtisadi tərəqqinin, hərtərəfli inkişafın şahidi olduğunu vurğulamışdır. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən qonaq ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirmişdir.

İsrail ilə Azərbaycan arasında gömrük sferasında əməkdaşlıq əlaqələrinə nəzər salan ekspert  iki ölkənin uyğun qurumlarının müsbət məcrada inkişaf edən qarşılıqlı əməkdaşlığından razılıqla söhbət açmış, bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin vacibliyini qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında