Ölkə kooperatorları növbəti qurultaya toplaşdılar

 

Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının—Azərittifaqın XXII qurultayı keçirilmişdir. Qurultay nümayəndələri əvvəlcə Fəxri Xiyabana gələrək ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər-çiçək dəstələri qoymuşlar.

Sonra Şəhidlər Xiyabanına gələrək Vətənimizin müstəqilliyi yolunda canlarını qurban vermiş şəhidlərimizin məzarlarını ziyarət etmişlər. Sonra Azərbaycan Kooperasiya Universitetinin iclas zalında qurultay öz işinə başlamışdır. Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə müşaviri Vahid Axundov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaya təbrik məktubunu oxumuşdur. Azərittifaqın idarə heyətinin sədri Eldar Quliyev Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının XXI qurultayından keçən dövr ərzində Azərittifaqın Şurası və İdarə Heyətinin işi barədə hesabat və kooperasiyanın qarşısında duran məsələlər haqqında məruzə ilə çıxış etmişdir. O, əvvəlcə son illər ərzində Azərbaycan iqtisadiyyatının sürətlə yüksəlməsindən, ölkəmizin daxili və xarici siyasətinin uğurlarından danışmışdır. Natiq bildirmişdir ki,  2003-2012-ci illər ərzində ümumi daxili məhsul istehsalının orta illik artımı 13, qeyri neft sektorunun artımı isə 10,6 faiz təşkil etmişdir. Bu müddətdə dövlət büdcəsi 19, strateji valyuta ehtiyatları 29 dəfə artmışdır. Əhalinin gəlirləri 6,19, dəfə orta əmək haqqı 6,3 dəfə, pensiyalar 6,4 dəfə yüksəlmiş, 1 milyondan artıq yeni iş yerləri açılmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsindən danışan natiq ölkəmizin dünyanın ən nüfuzlu təşkilatı olan BMT Təhlükəsizlik Şurasının qeyri—daimi üzvi seçilməsini, üstəlik, ötən illin may ayında təşkilatının iclaslarına sədrlik etməsini xüsusi vurğulamışdır.

Eldar Quliyev bildirmişdir ki, kooperatorlarımız ölkədə gedən proseslərdən kənarda qalmamış, iqtisadiyyatın inkişafına və əhaliyə göstərilən xidmətin yaxşılaşdırılmasına öz töhfələrini vermişlər. İstehlak mallarının satışı, iaşə xidməti və digər xidmətlər göstərilməsi, kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışı sahəsində kooperativ təşkilat və müəssisələri fəal iştirak etmişlər.

Azərittifaqın XXI qurultayının, qurultaydan sonra keçirilən Şura yığıncağlarının və Azərittifaqın İdarə Heyətinin iclaslarında qəbul edilən qərarların icrası istiqamətində həyata keçirilən təşkilati işlər kooperasiyanın hər bir üzvünə sərbəst fəaliyyət göstərmək  imkanı vermişdir. Məruzəçi bildirmişdir ki, hesabatı əhatə edən dövrdə kooperativ təşkilat və müəssisələri tərəfindən 12 milyon 61 min 77 manatlıq istehlak malları satılmış, 2 milyon 810 min 724 manatlıq iaşə xidməti göstərilmiş, 3 milyon 460 min 278 manatlıq kənd təsərrüfatı məhsulları tədarük edilmiş, 1 milyon 47 min 846 manatlıq məhsul istehsal olunmuş, 12 milyon 907 min 189 manatlıq pullu xidmətlər göstərilmişdir. Həmin dövrdə sistem üzrə debitor borcları 3 milyon 465 min 884 manat azaldılmışdır. Kooperativ təşkilat və müəssisələrinin fəaliyyətindən 473 min manat mənfəət əldə olunmuşdur. Orta rentabellik pərakəndə ticarətdə 2,98 %, ictimai iaşədə 2,67 %, tədarükdə 0,77 % səviyyəsində olmuşdur. Sonra məruzəçi ticarət, ictimai iaşə və tədarük sahələrində qazanılmış uğurlardan danışmış, bəzi nöqsanları qeyd etmişdir.

Daha sonra Azərittifaqın təftiş komissiyasının sədri Sədi Mehdiyev hesabat vermişdir. Hesabat qurultay iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir.

Məruzə ətrafında müzakirələrdə çıxış etmiş Naxçıvan Kooperatorlar İttifaqı İdarə Heyətinin sədri Yusif Qasımov, Sabirabad rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin sədri Qardaşxan Hacıyev, Tovuz rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin sədri Mücəməddin Axundov, Qazax rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin sədri Dilşad Dilbazi, İmişli rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin sədri Zakir Məmmədov, Saatlı rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin sədri Müzahət Sultanov çıxış edərək hesabat dövründə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

Tədbirin gedişində gündəlikdə olan digər məsələlər müzakirə edilmiş, Azərittifaq Şurasının, Təftiş Komissiyasının və İdarə Heyətinin yeni tərkibi seçilmişdir.

Eldar Quliyev yenidən Azərittifaq Şurasının prezidenti—İdarə Heyətinin sədri seçilmişdir.

Qurultayda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə Yeni Azərbaycan Partiyasının V qurultayının qərarının dəstəklənməsi haqqında qərar qəbul edilmişdir.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında