Azərbaycan Dövlət Neft Fondu qızıl ehtiyatlarını 30 tona çatdıracaq

 

 

 Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyatlarının həcmi 2013-cü ilin sonuna kimi 30 tona çatdırılacaq.

“APA-Economics”in xəbərinə görə, bunu fondun icraçı direktoru Şahmar Mövsümov bildirmişdir.

Onun sözlərinə görə, indiyədək fond tərəfindən 25 ton qızıl alınmışdır və ilin sonunadək daha 5 ton qızılın alınması nəzərdə tutulur.

Ş.Mövsümov demişdir ki, qızılın baha olması fonunda fond tərəfindən qızıla investisiya yatırılmasının məqsədəuyğun olmaması fikri düzgün deyil: “Qızıla investisiyalar strateji xarakter daşıyır. Qızılın qiymətinin dəyişkənliyi fondu narahat etmir, çünki bu, daimi prosesdir. Hazırda hökumətlə birlikdə qızılın alışının davam etdirilməsi barədə müzakirələr gedir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında