Mərkəzi Bankın sədri: Azərbaycanda iri nominallı pulların dövriyyəyə buraxılması istisna olunmur

 

Azərbaycanda iri nominallı pulların dövriyyəyə buraxılması istisna olunmur.

“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov demişdir.

O, gələcəkdə pul nişanlarının dizaynının dəyişdirilməsini istisna etməmişdir :"Lakin hazırda bu məsələ konkret gündəmdə deyil".

E.Rüstəmov bu yaxınlarda manatın yeni dizaynının şəkillərinin internetdə yayılmasına da münasibət bildirmişdir: “Bunlar şayiədir və reallığı əks etdirmir. Dünyanın aparıcı ölkələrində 8-10 ildən bir valyutaların dizaynı dəyişdirilir və bu, normal prosesdir. Azərbaycan Mərkəzi Bankı bu məsələyə hökumətlə və Pul islahatları komissiyası ilə birlikdə baxır və yeni qərar olsa, birgə qərar olacaq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında