Azərbaycanda qızıl ehtiyatları 2 dəfədən çox artmışdır

 

Son illərdə kəşf olunmuş yataqlar hesabına ölkənin qızıl ehtiyatları 2 dəfədən çox artmışdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində demişdir.

Nazir bildirmişdir ki, son 10 ildə geoloji axtarış-kəşfiyyat işlərində ciddi nəticələr əldə olunmuş, Azərbaycanın 25 bölgəsində 192 müxtəlif təyinatlı yatağın ehtiyatları balansa alınmışdır. Bu illər ərzində kəşf olunaraq balansa götürülmüş qızıl yataqlarının bazasında istehsal prosesi təşkil edilmiş, Azərbaycan qızıl istehsal edən ölkələr sırasına qoşulmuşdur.

H.Bağırov qeyd etmişdir ki, faydalı qazıntıların kəşfiyyatı istiqamətində Gədəbəy rayonunda mis polimetal filizlərində nüvə geofiziki tədqiqat üsulları ilə platin, qızıl, mis və sinkin yüksək miqdarı müəyyən olunmuşdur.

Nazir bildirmişdir ki, ətraf mühitin mühafizəsinə nəzarət sahəsində də irəliləyiş var. 2012-ci ildə Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna daxilolmalar son 10 ildə 8 dəfədən çox artaraq 1,8 milyon manata çatmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında