Azərbaycan Dövlət Neft Fondu qızıl ehtiyatını artırır

Bu il avqustun 26-na olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 24 887 kiloqram qızıl (800 146 unsiya) alınmışdır.

Bu barədə “APA-Economics”ə fondun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilmişdir.

Xatırladaq ki, ARDNF tərəfindən 2012-ci ilin ilk rübündən qızılın alınmasına başlanılmış və 2013-cü ilin iyul ayına olan məlumata görə, alınmış qızılın həcmi 22 399 kq (720 146 unsiya) təşkil etmişdir.

 Avqustun 26-na olan məlumata görə, artıq fond alınmış qızılın 12 007 kiloqramını (386 018 unsiya) Azərbaycana gətirmişdir. Fond qızılı partiyalarla alır və bu proses iki il ərzində həyata keçiriləcək.

 Qeyd edək ki, ARDNF-in strategiyasına əsasən, investisiya portfelinin 5 faizə qədəri qızılın alınmasına yönəldilə bilər.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında