ABŞ Xəzər dənizinin enerji ehtiyatları ilə bağlı hesabat yaymışdır

ABŞ-ın Enerji İnformasiya İdarəsi Xəzər dənizi hövzəsi ölkələrinin su və qurudakı neft-qaz ehtiyatları ilə bağlı hesabat yaymışdır.

APA-nın “Radiofarda”ya istinadən verdiyi məlumata görə, sənəddə İranın Xəzər dənizinin su və quru sektorundakı neft-qaz ehtiyatları çox az həcmdə qiymətləndirilmişdir.

Hesabatda bildirilir ki, İranın Xəzər dənizindəki neft ehtiyatları 500 milyon barel, qaz ehtiyatları isə 3 milyard kubmetr həcmində proqnozlaşdırılır.

ABŞ-ın Enerji İnformasiya İdarəsi öz hesabatında Xəzər dənizinin su sektorunda ümumi neft ehtiyatlarının 19,6 milyard barel, qaz ehtiyatlarının 106 trilyon kub fut, quru sektorunda isə müvafiq olaraq 28,6 milyard barel və 186 trilyon kub fut (təxminən 7 trilyon kubmetr) həcmində qiymətləndirilir.

Sənəddə Azərbaycanın Xəzər dənizinin su sektorundakı qaz ehtiyatlarının həcmi 46 trilyon kub fut (1,5 trilyon kubmetr), Qazaxıstanın 36 trilyon kub fut (1,3 trilyon kubmetr), Rusiyanın 14 trilyon kub fut (0,5 trilyon kubmetr), Türkmənistanın isə 9 trilyon kub fut (0,3 trilyon kubmetr) dəyərləndirilir.

Hesabatda həmçinin bildirilir ki, Qazaxıstanın Xəzərin su sektorundakı neft ehtiyatları 15,8 milyard barel, Azərbaycanınkı isə 6,8 milyard barel təşkil edir.

Bununla yanaşı, qeyd olunur ki,

5 sahilyanı ölkənin Xəzər dənizinin su və quru sektorundakı ümumi neft ehtiyatları 48,2 milyard barel, qaz ehtiyatları isə 285 trilyon kub fut (10,6 trilyon kubmetr) həcmində qiymətləndirilir. 

Hesabatda vurğulanır ki, İran istisna olmaqla, bütün digər sahilyanı dövlətlər Xəzərin su sektorundakı enerji ehtiyatlarının işlənməsindən mənfəət götürür.

Sənədə görə, bütün sahilyanı ölkələrin ümumi gündəlik neft hasilatı 945 min barel təşkil edir və bunun 890 min bareli (94%) Azərbaycanın payına düşür.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında