Azərbaycanda kibertəhlükəsizlik üzrə yüksək səviyyəli beynəlxalq tədbir keçiriləcək

Azərbaycanda bu ilin dekabr ayında kibertəhlükəsizlik üzrə yüksək səviyyəli beynəlxalq tədbir keçiriləcək.

 Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, tədbir bu il dekabrın 2-dən 5-dək keçiriləcək beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları üzrə sərgi-konfransı “Bakutel 2013" çərçivəsində baş tutacaq.

Nazir deyib ki, bu il ”Bakutel 2013" sərgisi çərçivəsində biz Bakıda kibertəhlükəsizlik üzrə nazirlər toplantısı və beynəlxalq konfrans keçirmək niyyətindəyik. Bu konfrans çərçivəsində kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı deklarasiyanın qəbul edilməsi gözlənilir. Gələn il isə Azərbaycanda Ümumdünya kibertəhlükəsizlik konfransının keçirilməsi ilə bağlı danışıqlar aparılır.

 

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında