ARDNŞ ilə “bp-Azərbaycan” şirkətinin birgə ekoloji layihəsi uğurla nəticələnmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp-Azərbaycan şirkəti arasında  əməkdaşlıq uzun illərdir ki, davam edir. Elə bu yaxınlarda ekologiya sahəsində əldə olunmuş mühüm nailiyyət də məhz uzun müddətli əməkdaşlığın məntiqi nəticəsidir.

Dövlət Neft Şirkətinin socar.az saytının məlumatına görə, avqustun 23-də  “bp-Azərbaycan” şirkətinin operatorluğu ilə işlənilən “Azəri-Çıraq-Günəşli” yataqlar blokuna daxil olan “Çıraq” neft yatağında həyata keçirilən və ölkə  Prezidenti cənab İlham Əliyevin “Ekologiya ili” çərçivəsində verdiyi tapşırığa uyğun olaraq icrasına başlanılmış layihə uğurla nəticələnmiş, şamda yandırılan səmt qazının həcminin əsaslı şəkildə azaldılmasına nail olunmuşdur.

Xatırladaq ki, bu, ARDNŞ ilə “bp-Azərbaycan” şirkəti arasında hasilat zamanı ətraf mühitin qorunması sahəsində aparılan çoxillik əməkdaşlığın yeni bir nailiyyətidir. Şamda yandırılan qazın həcminin azaldılması məqsədilə iki şirkətin 2010-cu ildə yaratdığı birgə işçi qrupu tərəfindən davamlı tədbirlər həyata keçirilmiş, “Çıraq” yatağındakı platformada qaz-yığım kompressorları rekonstruksiya olunmuş, orada yumşaq qoruyucu təhlükəsizlik divarı quraşdırılmışdır. Bundan əlavə, ötən müddətdə ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin istismarında olan “Neft Daşları”nda qaz qəbul sistemi də təkmilləşdirilmişdir. Layihənin reallaşması həm iqtisadi səmərə, həm də atmosferin çirklənməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Hasil olunan qazın ümumi həcmində yandırılmaya yönələn hissə 2 faizədək endirilərək sistemə yönəldilən qazın miqdarı artırılır ki, bu da ötən 20 il ərzində sözügedən sahə üzrə ən yaxşı göstərici hesab olunur. Digər tərəfdən, il ərzində iqlim dəyişməsinə təsir edən təqribən 265 min ton karbon qazı ekvivalentinin atmosferə atılmasının qarşısı alınır.

Yeri gəlmişkən, ARDNŞ və “bp-Azərbaycan” şirkətləri əldə olunmuş bu nailiyyətlə kifayətlənmir, qazanılan uğurları gələcəkdə inkişaf etdirmək məqsədilə birgə səylərini daha da artırırlar. Mövcud əməkdaşlıq çərçivəsində səmt qazının şamda yandırılmasını aradan qaldırmaq üçün ən son texnologiya tətbiq olunur. ARDNŞ və “bp-Azərbaycan” şirkətləri şamda yandırmanın sıfır səviyyəsinə endirilməsi istiqamətində işlərini bundan sonra da davam etdirəcəklər.

M. YAQUBZADƏ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında