Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanmışdır. Son on ildə dövlət başçısı ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirmişdir. Ölkə rəhbərinin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.
Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Dövlət başçısı İlham Əliyev öz vətənini, xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son on ildə Azərbaycanda əldə edilən sosial-iqtisadi uğurların əsasında dahi Heydər Əliyevin siyasi kursu dayanır. Dövlət başçımız ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim ulu öndərin siyasi kursuna sədaqətini nümayiş etdirmiş, xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmuşdur. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır.
Xatırlatmaq yerinə düşər ki, möhtərəm İlham Əliyev hakimiyyət sükanı arxasına keçərkən bu siyasəti dönmədən davam etdirəcəyini də bəyan etmişdi: “Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxardı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”.
Ümummilli liderimizin yaratdığı təməl və qoyduğu prinsiplər əsasında Prezident İlham Əliyev ötən müddət ərzində Azərbaycanı sürətli və davamlı inkişaf yoluna çıxarmış, dahi öndərimizin siyasi kursunun ən layiqli davamçısı olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Qənaətimizi faklarla əsaslandırmaq istərdik.
Ötən on il ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Bu gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəlidir. Məhz buna görə iki-üç il bundan əvvəl dünyada neftin qiymətləri kəskin şəkildə aşağı düşəndə biz böyük çətinliklərlə üzləşməmişdik. Hətta o illərdə ki dünyada neftin qiyməti 4-5 dəfə aşağı düşmüşdü, Azərbaycan iqtisadiyyatı 8-9 dəfə artmışdı. Nəyin hesabına, - məhz qeyri-neft sektorunun inkişafı hesabına. Bu, bizim siyasətimizdir və gələcək illərdə çalışacağıq ki, qeyri-neft sektorunun inkişafına daha da güclü təkan verək. Deyə bilərəm ki, bunu etmək üçün dövlət proqramları həlledici rol oynayır. 2004-cü ildən bugünə qədər artıq ikinci dövlət proqramı icra edilir. Eyni zamanda, xarici investorların Azərbaycana olan marağı və qoyulan investisiyalar da az rol oynamır”.
Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.
Dövlət başçımızın 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bugünə qədər ölkəmizdə bir milyondan çox iş yeri açılmışdır. Yeni iş yerlərinin açılması, müasir standartlara cavab verən müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayını artırmış, ixracdan asılılığı azaltmışdır.
Azərbaycanın yeni inkişaf mərhələsinə uyğun olaraq sənayenin təşkilinin ən müasir formalarının tətbiqinin genişləndirilməsi də sənayeləşmə siyasətinin prioritetlərindəndir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda müasir sənaye komplekslərinin və texnoparkların, o cümlədən Sumqayıt kimya sənaye və Balaxanı sənaye parklarının yaradılması qeyri-neft sektorunun və xüsusilə də qeyri-neft sənayesinin inkişafını sürətləndirəcək, yerli və xarici investisiyaları stimullaşdıracaq, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabətqabiliyyətli məhsul istehsalına təkan verəcək və iqtisadiyyatın modernləşməsinə və innovativ iqtisadiyyatın formalaşmasına, qeyri-neft ixracının artırılmasına öz müsbət töhfəsini verəcəkdir.
Elektrik enerjisinə artan tələbin ödənilməsi məqsədilə təkcə son 6 ildə Azərbaycanda 10-dan çox elektrik stansiyası tikilmişdir. Eyni zamanda, elektrik enerjisi istehsalında da müasir texnologiyaların tətbiqinin, alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Artıq Eksperimental Poliqon istifadəyə verilmiş və hibrid tipli müasir günəş və külək elektrik stansiyası quraşdırılmışdır. Bütövlükdə elektrik enerjisinə olan tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunmaqla, ölkəmiz enerji ixracatçısına çevrilmişdir.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılaraq müasirləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri tərkibində avtomobil magistrallarının tikintisi və genişləndirilməsi, regionlarda avtomobil yol şəbəkəsinin bərpası və yenilənməsi, sərhəd-keçid məntəqələrinin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, müasir gəmiqayırma müəssisəsinin tikintisi, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında yeni Aerovağzal Kompleksinin inşası, habelə regionlarda hava limanlarının, uçuş-enmə zolağının yenidənqurulması və genişləndirilməsi kimi layihələrin icra olunması ölkəmizin nəqliyyat potensialının reallaşdırılması üçün geniş imkanlar yaradır.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən müəyyənləşdirilmiş prioritet istiqamətlərə uyğun olaraq, artıq yüzlərlə azərbaycanlı gənc dünyanın qabaqcıl ölkələrinin aparıcı təhsil müəssisələrində təhsil alır. Bununla yanaşı, Azərbaycanın ali təhsil müəssisələrində də təhsil alan xaricilərin sayı artmış və “Qlobal inn Azərbaycanın bugünkü uğurları
Prezident İlham Əliyevin
müdrik siyasətinin məntiqi nəticəsidir

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən müəyyənləşdirilmiş prioritet istiqamətlərə uyğun olaraq, artıq yüzlərlə azərbaycanlı gənc dünyanın qabaqcıl ölkələrinin aparıcı təhsil müəssisələrində təhsil alır. Bununla yanaşı, Azərbaycanın ali təhsil müəssisələrində də təhsil alan xaricilərin sayı artmış və “Qlobal innovasiya indeksi”nə əsasən, təhsil alan xarici tələbələrin xüsusi çəkisinə görə Azərbaycan dünya ölkələri arasında 37-ci, MDB ölkələri arasında 2-ci yerdədir.
Yeni keyfiyyət mərhələsinə qədəm qoymuş və özündə modernləşdirmə və rifah amillərini birləşdirən Azərbaycanın inkişafı nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur.
Son 10 il ərzində Azərbaycana 130 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayələrin müəyyən hissəsi xarici investisiyadır. Yaxşı sərmayə mühiti, proqnozlaşdırılan siyasi vəziyyət, ölkədə sabit durum və əlbəttə, regional əlaqələr hər bir ölkənin uğuru üçün ilkin şərtlərdən biridir.
Yeri gəlmişkən, diqqəti mühüm bir fakta da yönəltmək istərdik. Azərbaycan Milli Bankının yaydığı son məlumata əsasən, adı çəkilən qurumun sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2013-ci ilin yarım ili ərzində 1 025,6 milyon ABŞ dolları (8,8 faziz) artmışdır. Artıq valyuta ehtiyatlarının həcmi 12 720,4 milyon ABŞ dolları təşkil edir.
Ölkədə ümumi daxili məhsul (ÜDM) surətlə artmaqdadır. 2003-cü illə müqayisədə adambaşına düşən ÜDM-in həcmi 3 dəfədən çox artmışdır. Qeyd edək ki, bu kəmiyyət artımı keyfiyyət artımı ilə müşayiət olunur.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2012-ci illər ərzində respublika dünyada əhalinin sayı və insan inkişafı indeksi göstəriciləri üzrə sürətlə irəli getmişdir. Məsələn, əgər 10 il bundan əvvəl ölkədə təxminən 8,35 milyon nəfər yaşayırdısa, 2008-ci ildə bu göstərici 8,9 milyon nəfərə yaxın olmuş, 1 yanvar 2013-cü il tarixinə isə 9,356 milyon nəfəri keçmişdir. Bu isə 10 il ərzində 1 milyondan çox və yaxud 12,1 faizlik artım deməkdir. Bu, həm də Qarabağ münaqişəsi nəticəsində ölkənin genofondunun üzləşdiyi itkinin artıqlaması ilə kompensasiya edilməsidir. Belə ümidverici dönüş yalnız təminatlı şəraitdə baş verə bilərdi.
Əhalinin artım dinamikasına nisbətdə ölkədəki iqtisadi inkişaf göstəriciləri də müsbətdir. Məsələn, 2003-cü ildə adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcmi 873 manat olmuşsa, 2012-ci ilin yekununda 5885 manat təşkil etmişdir. Başqa sözlə, adambaşına ÜDM 7 dəfəyə yaxın artmışdır.
ÜDM-in ümumi məbləği isə 7,147 milyard manatdan 54 milyard manata çatmışdır. Bunun təxminən 53 faizi qeyri-neft sektorunun payına düşür. Vaxtilə ticarət şəbəkəsində olan xarici istehsallı məhsulların demək olar ki, hamısını yerli analoqları əvəz etmişdir. Bütün bunların nəticəsidir ki, Beynəlxalq Valyuta Fondunun hesabatında Azərbaycan son 10 ildə ən sürətlə inkişaf edən ölkədir. Respublika ÜDM-in artım tempinə görə, MDB-də 4-cü yeri tutur.
Azərbaycan hökuməti ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusilə həssas yanaşmışdır. Əgər 2003-cü ildə ölkədə 1,45 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmişdisə, 2012-ci ilin yekunlarına görə, aqrar istehsalın həcmi 4,845 milyard manata yaxın olmuşdur. Adambaşına düşən kənd təsərrüfatı məhsulu göstəricisi isə 177 manatdan 528 manata çatmışdır.
Ölkəmizdə məşğulluq probleminin uğurlu həlli üçün ardıcıl tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, 10 il bundan əvvəl qarşıya qoyulmuş əsas vəzifələrdən biri məhz işsizliyin aradan qaldırılması idi. Həmin vəzifə müvəffəqiyyətlə yerinə yetirilərək o vaxtdan bəri 1 milyon 180 min yeni iş yeri açılmışdır. Bu tendensiya indi də ardıcıl surətdə davam etdirilir. Elə ötən yarım ildə ölkədə 55 min yeni iş yeri yaradılmışdır. Onlardan 45 mini daimi iş yerləridir.
Bu müddətdə Azərbaycanda orta aylıq əmək haqqı 5 dəfədən çox artaraq 77 manatdan 398 manata çatmışdır. Maaşların səviyyəsinə görə, Azərbaycan MDB məkanında Rusiya və Qazaxıstanla birlikdə ilk 3-lükdədir.
Pensiya və müavinətlər də artmışdır. Əgər 2003-cü ildə Azərbaycanda orta aylıq pensiya məbləği 24 manata yaxın (təxminən 30 dollar) idisə, ölkədə həyata keçirilmiş pensiya islahatları nəticəsində sözügedən göstəricini ötən ilin yekununda 152 (200 dollara yaxın) manata çatdırmaq mümkün olmuşdur. Hazırda orta pensiya orta əmək haqqının 38 faizini təşkil edir və bu Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin hər nəfərinə düşən gəlirin məbləği isə 5,4 dəfə artaraq 3784 manata çatmışdır. Bu artımda əhalinin SSRİ dövründən qalmış əmanətlərinin qaytarılması da rol oynamışdır. Dövlət büdcəsindən bu məqsədlə 1 milyard manata yaxın vəsait ayrılmışdır ki, bu da postməkanda ən əlverişli şərtlərlə əmanətlərin qaytarılmasına imkan vermiş və vətəndaşların bank sektoruna inamını gücləndirmişdir. Banklara etimadı artıran həm də Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun yaradılmasıdır. Artıq ölkə vətəndaşları heç bir narahatlıq keçirmədən banklara əmanət yatırır. Əgər 2003-cü ildə əhalinin əmanətlərinin ümumi məbləği 252 milyon manat təşkil etmişdisə, ötən ilin yekununda bu göstərici 5,113 milyard manat olmuşdur.
Həyata keçirilmiş sosial siyasət nəticəsində 2003-cü ildən bəri Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir. Bununla da ölkə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə vaxtından əvvəl əməl etmiş və təxminən 3,5 milyon nəfər yoxsul yaşamaqdan yaxa qurtarmışdır.
Mütəxəssislərin fikrincə, bütün bu uğurlar dövlətin maliyyə resurslarının dövlət və icmal büdcə vəsaiti ilə idarə olunması istiqamətində aparılmış məqsədyönlü siyasətin növbəti illərdə də davam etdirilməsinə əminlik yaratmışdır.
Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini təsdiqləmişdir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.