Yeni yaradılacaq smartfonlar əsl mənada möcüzə olacaq

Dünyanın bütün kompyuterlərinin birləşdirilmiş gücünü tezliklə bir ovucda yerləşdirmək mümkün olacaq. Bu barədə“IT Expert” saytı “The Telegragh” nəşrinə istinadən məlumat yayıb. Bu nəşrdə dərc olunan yazıda ekspertlərin fikrincə, tezliklə interneti əvəz edəcək qrid-sistemin təkmilləşdirilməsi ilə məşğul olan alimlər haqqında məlumat verilir.

“Worldwide LHC Computing Grid” adlı qrid Avropa Nüvə Tədqiqatları Mərkəzinin (SERN) mütəxəssisləri tərəfindən hazırlanır. Sistem əvvəlcədən “SERN” tərəfindən Böyük Adron Kollayderindən daxil olan böyük həcmli məlumatların emalı üçün nəzərdə tutulub. Hazırda sistemə dünya üzrə 200 min fizikin kompyuteri qoşulub. Bu, hər il Böyük Adron Kollayderindən əldə edilən 20 milyon qiqabayt informasiyanı emal etməyə imkan verir.

Son vaxtlar mütəxəssislər sistemin səmərəliliyinin artırılması üzərində iş aparır, eləcə də geniş istifadədə onu daha sadə və rahat etməyə çalışırlar. Xüsusilə? “SERN” fizikləri artıq qridə “iPhone” və “iPad” vasitəsilə qoşulmağa çalışaraq buna müəyyən qədər nail olublar. Lakin bu qurğuların gücü bütöv iş üçün hələ kifayət etmir. Bununla yanaşı, alimlər optimistdirlər, çünki hazırkı “iPhone” smartfon modeli gücünə görə əvvəlki superkompqeterləri üstələyir.

“World Community Grid” adlı daha bir nəhəng layihə “IBM” korporasiyası tərəfindən Berkli Universiteti ilə birlikdə hazırlanır. Burada da alimlər sistemin işinin mobil qurğular əsasında qurulmasına çalışmaqla diqqəti “Android” əməliyyat sisteminə yönəldirlər. Bu qridə artıq 500 min fərdi kompqeterlə yanaşı, 20 min smartfon da qoşulub.

Hazırda dünyada müxtəlif tədqiqat qrupları tərəfindən Yerdən kənar həyatın və ya potensial yeni dərmanların axtarışı üzrə qeyri-standart layihələr üzərində iş üçün istifadə olunan bir sıra avtonom qrid sistemləri mövcuddur. Bütün kompqeterlər bir qrid sisteminə qoşulsa, bir düyməni basmaqla inanılmaz dərəcədə hamının yararlana biləcəyi resurslar bazası yaradılacaq.

Qeyd edək ki, “GRID” şəbəkəsi ABŞ alimləri Yan Foster və Karl Kesselman tərəfindən kəşf edilib. Şəbəkənin əsas vəzifəsi elm və texnologiyanın ciddi məsələlərinin həlli üçün paylayıcı hesablamaların təşkilidir.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında