Binəqədi rayonunda qəsəbədaxili yollar yenidən qurulur

Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Prezident İlham Əliyevin 22 aprel 2013-cü il tarixili əlavə tədbirlər haqqında sərəncamına uyğun olaraq, rayonun Xocəsən və Biləcəri qəsəbələri ərazisində qəsəbədaxili avtomobil yollarının yenidən qurulması işləri uğurla davam etdirilir.

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Xocəsən və Biləcəri qəsəbələrində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün kompleks tədbirlər və yenidənqurma işləri davam etdirilir. Qəsəbələrin ərazisində əsas magistrallara çıxan daxili yollara yeni asfalt örtüyü salınır. Eyni zamanda, bu yaşayış sahələrinin ərazilərindəki mövcud torpaq əsaslı yollar da asfaltlanır. Aparılan yenidənqurma işləri nəticəsində qəsəbələrdəki mövcud yollar genişləndirilir. Yenidənqurma işləri nəticəsində yol yatağının sıradan çıxan hissələri də əsaslı surətdə tikilir.

Qeyd edək ki, qəsəbədaxili yollarda asfaltlanmadan öncə ilkin mərhələdə qum-çınqıl qarışığından istifadə olunmaqla torpaqbərkitmə işləri görülür. Sonrakı mərhələdə isə hazır əraziyə asfalt örtüyü çəkilir. Yol tikintisini sürətlə və keyfiyyətlə aparmaq məqsədilə icraçı şirkət tərəfindən əraziyə xeyli sayda texnika və işçi qüvvəsi cəlb olunmuşdur. Hazırda Xocasən və Biləcəri qəsəbələrində ümumilikdə 12 min 200 kvadratmetr daxili yola asfalt örtüyü döşənmişdir. Daha 12 min 800 kavadratmetr yola asfalt örtüyü salınacaqdır. Sakinlər də öz növbəsində Xocasən və Biləcəri qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına minnətdarlıq edirlər.

Ağayar Məmmədov, Xocəsən qəsəbə sakini:

– Bu gördüyünüz yerlər çox bərbad halda idi. İndi isə sürətlə abadlaşdırılır. Tikinti-quruculuq işləri cənab Prezidentimizin göstərişi əsasında həyata keçirilir.  Mən  ağsaqqallar adından cənab İlham Əliyevə minnətdarlıq edirəm...

Kamal Əhmədov, Xocəsən qəsəbə sakini:

– Xocəsən qəsəbəsində yollar bərbad idi. Dövlət başçımızın biz sakinlərə diqqət və qayğısı sayəsində bu yollar çox gözəl təmir olunur. Əlbəttə, bu,  bizim həyat şəraitimizə, yaşayışımıza öz müsbət təsirini göstərir.

Gözəlxanım Məmmədova, Biləcəri qəsəbə sakini:

– Mən qırx altı ildir ki, bu məhəllədə yaşayıram. Burada hələ indiyə qədər nə kanalizasiya xətti olub, nə də küçəmizə asfalt çəkilib. İndi bu dediklərimin hamısı reallaşır. Buna görə dövlət başçımıza çox minnətdaram. Cənab Prezidentə təşəkkür edirəm ki, yollarımızı bərbad vəziyyətdən qurtardı...

Binəqədi rayonunun Xocəsən və Biləcəri qəsəbələri ərazisində 23 min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 5,7 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması işləri dövlət başçısının 22 aprel 2013-cü il tarixili əlavə tədbirlər haqqında sərəncamına uyğun olaraq 2013-cü il dövlət büdcəsindən Binəqədi Rayon İcra Hakimiyyətinə ayrılan 2 milyon manat vəsait hesabına həyata keçirilir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında